İradəsi qılıncından da kəsərli olan xanım - Portret
Ən qədim idman növlərindən olan və bütün Yay Olimpiya Oyunlarının
proqramında yer alan qılıncoynatma, həm də paralimpiadaların olmazsa-olmazıdır.
1960-cı ildə baş tutan ilk paralimpiadadan etibarən proqrama salınan bu növ,
təəssüf ki, Azərbaycan paralimpiya hərəkatı üçün ənənəvi deyil. Fiziki
məhdudiyyətli idmançıların zirvə yarışında atletika, cüdo, üzgüçülük,
atıcılıqda üst-üstə 40-dək medal qazansaq da, qılıncoynatmada lisenziyaya belə,
sahib ola bilməmişik. Lakin hazırda tilsimi qırmaq üçün əlverişli fürsət
yaranıb. Əsası 2013-cü ildə qoyulan Azərbaycan Əlil Arabasında Qılıncoynatma
Federasiyasının bu istiqamətdə apardığı işlər öz bəhrəsini verməyə başlayıb. Ölkəmizi
Tokio-2020 Yay Paralimpiya Oyunlarının qılıncoynatma yarışında təmsil etmək
iqtidarında olan idmançılardan biri Aytəkin Həsənovadan söhbət açacağıq.
8 yaşında dəyişən həyat
8 iyun, 1994-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya göz açan Aytəkin, orta təhsilini beşinci sinfə qədər davam etdirə bilib. Səbəb isə cəmi səkkiz yaşında olarkən həyatında baş verən arzuolunmaz dəyişiklikdir. Belə ki, yaşıdları kimi hər gün məktəbə gedən, dərsdən sonra yoldaşları ilə oyunlar oynamağı sevən, arabir də yaşına xas dəcəlliklərlə yadda qalan Aytəkin, hər gün dərsə gedib-gəldiyi piyada yolunda sürücü ehtiyatsızlığının ağrı-acısını yaşayıb. Xəsarətləri ölümcül olsa da, möcüzə sayəsində sağ qalan qızcığaza, aşağı ətrafların parezi diaqnozu qoyulub. Nəticədə, yerimə qabiliyyətini itirib. Davamlı müalicə kurslarından sonra qoltuqların köməyi ilə gəzməyə başlayan Həsənova, zamanla durumu ilə barışaraq, əngəlləri aşmağa çalışıb. Təhsili yarımçıq qalsa da, dərziliyi öyrənib. Elə bu sənətin ardınca Bakıya gələrək, 1 saylı Əlillərin Peşə-Reabilitasiya Mərkəzinə üz tutub. Bir çox tanınmış paralimpiyaçımız kimi, onun da idmana gəlişi sözügedən mərkəzin adı ilə bağlıdır. Belə ki, altı aylıq kursu bitirib, doğma kəndinə qayıdan Aytəkin, bir gün dostundan mesaj alır: "Paralimpiyadan elan vurublar. Amma sənin sevdiyin atıcılıqla yox, qılıncoynatma ilə bağlıdır. Bu da maraqlı idman növüdür. Bəlkə özünü sınayasan?" Yuxarıda vurğuladığımız federasiyanın rəhbəri və əlil arabasında qılıncoynatma yığmasının baş məşqçisi Asəf Məlikovla əlaqə saxlayan Həsənova, bir müddət çək-çevir etdikdən sonra qərarını verir. Beləcə, bu vaxta qədər günlərini əsasən evdə keçirən Aytəkin, valideynlərinin də xeyir-duasını alıb, yeni, aktiv həyata qədəm qoyur.
Milli Paralimpiya Komitəsinin dəstəyi ilə o, yenidən 1 saylı Peşə Reabilitasiya Mərkəzinə yerləşdirilir. Məşqlərini də elə burada keçir. Belə ki, gediş-gəliş problemlərini nəzərə alan Mərkəzin direktoru Rəhilə Həsənova, otaqlardan birini məşq zalı kimi Aytəkingilin ixtiyarına verir.
Bir ilə sığan böyük təcrübə
2018-ci ilin martından etibarən hazırlıqlara başlayan 25 yaşlı qəhrəmanımız, qısa müddət ərzində xeyli yarış təcrübəsi toplayıb. O, ötən ilin noyabrında Gürcüstanda, cari ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində, mart ayının sonlarında isə İtaliyada baş tutan Dünya kuboku yarışlarında gücünü sınayıb. Bir illik təcrübə üçün kifayət qədər uğurlu göstəricilərə nail olan Aytəkin, hazırda rapira növü üzrə dünya reytinqində 12-ci, sablya və şpaqada isə 18-ci yerdə qərarlaşıb. Nəzərə çatdıraq ki, gələn ilin mayında açıqlanacaq son reytinq siyahısında iki növün cəmində ilk 25-likdə qərarlaşan idmançılar Tokio paralimpiadasına lisenziya qazanmaq imkanına sahib olacaqlar.
Dünya kuboklarında özündən xeyli təcrübəli həmkarlarını üstələyən, paralimpiada təcrübəsi olan rəqibləri ilə başabaş mübarizə aparan qızımızın istedadı hələ ilk günlərdən özünü büruzə verib. Cəmi iki aylıq qılıncoynatma təcrübəsinə malik olsa da, o, 2018-ci ilin mayında Tbilisidə keçirilən "Qafqaz kuboku"nda mükafatçılar sırasında qərarlaşıb. Burada bürünc medalı boynundan asan Həsənova, ilk respublika kuboku yarışında da ən yaxşı nəticəyə imza atıb.
Varsa da, yoxsa da qılıncoynatma
O, idmanla uzun illər məşğul olmaq niyyətindədir. "Allah eləməmiş, Tokio oyunlarına düşməsəm belə, yenə də əvvəlki əzmlə davam edəcəyəm" deyir. Fiziki göstəriciləri və məhdudiyyəti digər növlərdə də çıxış etməyə imkan versə də, Həsənova, karyerasını yalnız qılıncoynatmaya bağlamaq istəyir: "Gələcək barədə qəti söz demək olmur. Lakin növü dəyişmək fikrinə düşəcəyimə inanmıram. Azdan-çoxdan, burada özümü sübut edə bilmişəm. Tokiodan sonra Paris, sağlıq olsun, ondan sonra da Los-Anceles olimpiadasına hazırlaşacağam".
Lisenziyaya çox yaxındır, lakin...
Aytəkinin hazırlıq durumu və lisenziya şansları barədə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş katibi və komandanın sablya üzrə məşqçisi Nübar Məlikova ilə də danışdıq. Qızımızın məsuliyyətini və əzmkarlığını xüsusi vurğulayan gənc çalışdırıcı, Tokioya lisenziya qazanmaq üçün digər detalların vacibliyini də nəzərə çatdırdı: "Hər ölkədən sadəcə, bir idmançı Paralimpiya Oyunlarına lisenziya qazana bilər. İndiki reytinqə əsasən, Aytəkinin şanslarını çox yüksək qiymətləndirirəm. Hazırda o, həm rapira-sablya, həm də rapira-şpaqada "15-lik"dədir. Lakin bir məqam var ki, bu, bizi qayğılandırır. Beynəlxalq federasiya tərəfindən qəbul olunan yeni qərara əsasən, biz bütün qitələrdə keçirilən yarışlarda iştirak etməliyik. Əks halda, lisenziyadan məhrum olacağıq".
Paralimpiya ailəsinin sıralarına qoşulanadək idmanla maraqlanmayan
Aytəkin, sadəcə, məşhur həmkəndlisi - "Qarabağ" futbol klubunun baş
məşqçisi Qurban Qurbanov və ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev
haqqında bilgilərə sahib olub. Fiziki məhdudiyyətli idmançılarımızın böyük
əksəriyyətinin kumiri olan əfsanəvi paracüdoçumuz, onun da kumiri, stimul
mənbəyidir. Deyir ki, idmana meyillənməsində Zəkiyevin qazandığı uğurların
təsiri çox olub: "Güc əsasən qollarıma düşür deyə, o nahiyəmdə müəyyən
əzələ kütləsi formalaşıb. Qohumlar tez-tez qolumun əzələlərinə "ilişirdilər” (gülür).
Deyirdilər ki, səndən yaxşı idmançı olar. Lakin bu, mənim heç ağlımdan da
keçmirdi. Televizorda bir neçə dəfə İlham Zəkiyevi izlədikdən sonra müəyyən
həvəs yarandı. Onun həyat hekayəsindən təsirlənmişdim. Fikirləşirdim, görəsən,
mən hansı növdə özümü sınaya bilərəm? "Ramana əlillər evi"ndə olanda
maraqlandım, dedilər ki, sənə atıcılıq uyğundur. Mən də fikrimdə bunu
tutmuşdum. Görünür, alnıma qılıncoynatma yazılıbmış".
Qazanc gətirən hobbi
Boş vaxtlarında dərziliklə məşğul olan, o cümlədən suvenirlər, muncuqlardan bijutueriyalar hazırlayan Həsənova, sevimli məşğuliyyətindən maddi gəlir də əldə edir. Dediyinə görə, əldə etdiyi vəsait xərclərini qarşılamağa da kifayət edir: "İlk vaxtlar müştərilərim öz qohumlarım idi. Çox keçmədi ki, kənardan sifarişlər gəlməyə başladı. Getdikcə də çoxalır".
Orta təhsilini başa vurmaq müyəssər olmasa da, bu ibrətli fikirlə o,
əsl "həyat məktəbi" keçdiyini nümayiş etdirir: "Həyatın mənası
mübarizədədir. Biz isə mübarizəni ikiqat aparırıq. Özümü əlilliyə təslim etmək
fikrim yoxdur. Digər fiziki məhdudiyyətli insanlar bu həyatda uğur əldə edə
bilibsə, mən niyə qazanmayım?!"
Mübarizəsini idman arenalarında davam etdirən Aytəkində uğura gedən yolun tələb etdiyi bütün xüsusiyyətlər var. Ələlxüsus, qılıncdan da kəsərli iradəyə sahib olması, onu ən yüksək məqamlarda görəcəyimizə şübhə yeri qoymur.
Sahib
8 yaşında dəyişən həyat
8 iyun, 1994-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində dünyaya göz açan Aytəkin, orta təhsilini beşinci sinfə qədər davam etdirə bilib. Səbəb isə cəmi səkkiz yaşında olarkən həyatında baş verən arzuolunmaz dəyişiklikdir. Belə ki, yaşıdları kimi hər gün məktəbə gedən, dərsdən sonra yoldaşları ilə oyunlar oynamağı sevən, arabir də yaşına xas dəcəlliklərlə yadda qalan Aytəkin, hər gün dərsə gedib-gəldiyi piyada yolunda sürücü ehtiyatsızlığının ağrı-acısını yaşayıb. Xəsarətləri ölümcül olsa da, möcüzə sayəsində sağ qalan qızcığaza, aşağı ətrafların parezi diaqnozu qoyulub. Nəticədə, yerimə qabiliyyətini itirib. Davamlı müalicə kurslarından sonra qoltuqların köməyi ilə gəzməyə başlayan Həsənova, zamanla durumu ilə barışaraq, əngəlləri aşmağa çalışıb. Təhsili yarımçıq qalsa da, dərziliyi öyrənib. Elə bu sənətin ardınca Bakıya gələrək, 1 saylı Əlillərin Peşə-Reabilitasiya Mərkəzinə üz tutub. Bir çox tanınmış paralimpiyaçımız kimi, onun da idmana gəlişi sözügedən mərkəzin adı ilə bağlıdır. Belə ki, altı aylıq kursu bitirib, doğma kəndinə qayıdan Aytəkin, bir gün dostundan mesaj alır: "Paralimpiyadan elan vurublar. Amma sənin sevdiyin atıcılıqla yox, qılıncoynatma ilə bağlıdır. Bu da maraqlı idman növüdür. Bəlkə özünü sınayasan?" Yuxarıda vurğuladığımız federasiyanın rəhbəri və əlil arabasında qılıncoynatma yığmasının baş məşqçisi Asəf Məlikovla əlaqə saxlayan Həsənova, bir müddət çək-çevir etdikdən sonra qərarını verir. Beləcə, bu vaxta qədər günlərini əsasən evdə keçirən Aytəkin, valideynlərinin də xeyir-duasını alıb, yeni, aktiv həyata qədəm qoyur.
Milli Paralimpiya Komitəsinin dəstəyi ilə o, yenidən 1 saylı Peşə Reabilitasiya Mərkəzinə yerləşdirilir. Məşqlərini də elə burada keçir. Belə ki, gediş-gəliş problemlərini nəzərə alan Mərkəzin direktoru Rəhilə Həsənova, otaqlardan birini məşq zalı kimi Aytəkingilin ixtiyarına verir.
Bir ilə sığan böyük təcrübə
2018-ci ilin martından etibarən hazırlıqlara başlayan 25 yaşlı qəhrəmanımız, qısa müddət ərzində xeyli yarış təcrübəsi toplayıb. O, ötən ilin noyabrında Gürcüstanda, cari ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində, mart ayının sonlarında isə İtaliyada baş tutan Dünya kuboku yarışlarında gücünü sınayıb. Bir illik təcrübə üçün kifayət qədər uğurlu göstəricilərə nail olan Aytəkin, hazırda rapira növü üzrə dünya reytinqində 12-ci, sablya və şpaqada isə 18-ci yerdə qərarlaşıb. Nəzərə çatdıraq ki, gələn ilin mayında açıqlanacaq son reytinq siyahısında iki növün cəmində ilk 25-likdə qərarlaşan idmançılar Tokio paralimpiadasına lisenziya qazanmaq imkanına sahib olacaqlar.
Dünya kuboklarında özündən xeyli təcrübəli həmkarlarını üstələyən, paralimpiada təcrübəsi olan rəqibləri ilə başabaş mübarizə aparan qızımızın istedadı hələ ilk günlərdən özünü büruzə verib. Cəmi iki aylıq qılıncoynatma təcrübəsinə malik olsa da, o, 2018-ci ilin mayında Tbilisidə keçirilən "Qafqaz kuboku"nda mükafatçılar sırasında qərarlaşıb. Burada bürünc medalı boynundan asan Həsənova, ilk respublika kuboku yarışında da ən yaxşı nəticəyə imza atıb.
Varsa da, yoxsa da qılıncoynatma
O, idmanla uzun illər məşğul olmaq niyyətindədir. "Allah eləməmiş, Tokio oyunlarına düşməsəm belə, yenə də əvvəlki əzmlə davam edəcəyəm" deyir. Fiziki göstəriciləri və məhdudiyyəti digər növlərdə də çıxış etməyə imkan versə də, Həsənova, karyerasını yalnız qılıncoynatmaya bağlamaq istəyir: "Gələcək barədə qəti söz demək olmur. Lakin növü dəyişmək fikrinə düşəcəyimə inanmıram. Azdan-çoxdan, burada özümü sübut edə bilmişəm. Tokiodan sonra Paris, sağlıq olsun, ondan sonra da Los-Anceles olimpiadasına hazırlaşacağam".
Lisenziyaya çox yaxındır, lakin...
Aytəkinin hazırlıq durumu və lisenziya şansları barədə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş katibi və komandanın sablya üzrə məşqçisi Nübar Məlikova ilə də danışdıq. Qızımızın məsuliyyətini və əzmkarlığını xüsusi vurğulayan gənc çalışdırıcı, Tokioya lisenziya qazanmaq üçün digər detalların vacibliyini də nəzərə çatdırdı: "Hər ölkədən sadəcə, bir idmançı Paralimpiya Oyunlarına lisenziya qazana bilər. İndiki reytinqə əsasən, Aytəkinin şanslarını çox yüksək qiymətləndirirəm. Hazırda o, həm rapira-sablya, həm də rapira-şpaqada "15-lik"dədir. Lakin bir məqam var ki, bu, bizi qayğılandırır. Beynəlxalq federasiya tərəfindən qəbul olunan yeni qərara əsasən, biz bütün qitələrdə keçirilən yarışlarda iştirak etməliyik. Əks halda, lisenziyadan məhrum olacağıq".
"Klassik" kumir
Qazanc gətirən hobbi
Boş vaxtlarında dərziliklə məşğul olan, o cümlədən suvenirlər, muncuqlardan bijutueriyalar hazırlayan Həsənova, sevimli məşğuliyyətindən maddi gəlir də əldə edir. Dediyinə görə, əldə etdiyi vəsait xərclərini qarşılamağa da kifayət edir: "İlk vaxtlar müştərilərim öz qohumlarım idi. Çox keçmədi ki, kənardan sifarişlər gəlməyə başladı. Getdikcə də çoxalır".
Portret