AZE | RUS | ENG |

İqtisadçılar radikalizmə “yox” dedilər

İqtisadçılar radikalizmə “yox” dedilər
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində mayın 13-də Qaradağ rayonunda millət vəkili Aydın Hüseynov ilə ictimaiyyətin görüşü keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə CESD-nin sədri Vüqar Bayramov deyib ki, tədbirin əsas məqsədi radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multikulturalizm ənənələri barədə müzakirələr aparmaqdır. Mərkəzin sədri radikal qruplara qoşulmağın ziyanları, səbəbləri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib. Millət vəkili Aydın Hüseynov Azərbaycanda və eləcə də Qaradağ rayonunda radikalizmə qarşı aparılan tədbirlər və onların nəticələri barədə fikirlərini bölüşüb. O, radikalizmə qarşı mübarizədə tətbiq edilən metodlar, o cümlədən iqtisadi, sosial faktorlar barədə fikirlərini bölüşüb. CESD-nin eksperti Rəşad Həsənov fərqli ölkələrin modellərinə və eləcə də beynəlxalq indekslərə diqqəti yönəldib. O deyib ki, radikallaşmaya qarşı mübarizə aparan zaman psixoloji məqamlar da nəzərə alınmalıdır. Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşərək, onları maraqlandıran sualları iqtisadçılara ünvanlayıblar.    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815