• cümə, 29 Mart, 16:53
  • Baku Bakı 14°C

İqor Dodon: Kişineuda demaqoqiyadan imtinanın vaxtı çatıb

20.10.19 16:00 847
İqor Dodon: Kişineuda demaqoqiyadan imtinanın vaxtı çatıb
Kişineuda demaqoqiyadan imtinanın vaxtı çatıb.
AZƏRTACyerli mətbuata istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti İqor Dodon ölkədə keçirilən bələdiyyə seçkilərində səsvermədən sonra açıqlamasında
bildirib.
Dövlət başçısı bu gün paytaxtı peşəkarlıqla idarə edə biləcək şəxsə səs verib. "Ölkəmizin paytaxtının başında siyasətçi yox, peşəkar bir mütəxəssis dayanmalıdır.
Bunun üçün mütəxəssis olmaq lazımdır. Gələcək bələdiyyə başçısı istər geosiyasət, istərsə də ideoloji siyasətə qarəşmamalıdır. Kişineu idarə etmək hüququ əldə edən şəxs bütün siyasi oyunlardan, hətta bəzi partiyalara üzv olmaqdan imtina etməlidir”, -deyə İ.Dodon əlavə edib.
Moldova Prezidenti bu gündən etibarən Kişineudakı vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inandığını bildirib.
"Hamımız istəyirik ki, şəhərimiz təmiz, təhlükəsizlik isə daha yüksək olsun. Mən qəti əminəm ki, bu bizim əlimizdədir", - deyə Prezident əlavə edib.
Xatırladaq ki, oktyabrın 20-də ölkədə ümumi yerli seçkilər keçirilir.
banner

Oxşar Xəbərlər