• cümə, 19 Aprel, 02:17
  • Baku Bakı 18°C

İqlim dəyişməsi bütün dünyada insanların sağlamlığına və hal-əhvalına təsir edir

13.10.21 12:00 410
İqlim dəyişməsi bütün dünyada insanların sağlamlığına və hal-əhvalına təsir edir
Təbii fəlakətlər, ətraf mühitin çirklənməsi və deqradasiyası da daxil olmaqla, iqlim dəyişməsinin təsiri bütün dünyada bir çox insanın sağlamlığına mənfi təsir göstərir. Bütün dövlətlər COVID-19 pandemiyasından sonra bərpa strategiyasını hazırlayarkən bu amili nəzərə almalıdır. Qlobal istiləşmə ilə mübarizəyə yönələn yeni milli öhdəliklər olmadan keçinmək mümkün olmayacaq.AZƏRTACxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iqlim dəyişməsi və sağlamlığa dair məruzəsində deyilir.
ÜST-nin məruzəsi Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək İqlim Dəyişməsi Konfransı ərəfəsində dərc edilib. Sənəddə iqlim dəyişməsi ilə mübarizədə təxirəsalınmaz addımlarla bağlı tövsiyələr təqdim edilib. Onlar iqlim və sağlamlıq arasında birbaşa əlaqəni sübut edən araşdırmaların nəticəsidir.
Ümumdünya Səhiyyə Təşkilatının məruzəsi ilə eyni vaxtda həkimlər və alimlərin hökumətlərə açıq müraciəti dərc edilib, bu müraciətdə onlar iqlim dəyişikliyi ilə mübarizəyə daha çox sərmayə qoymağa və pandemiya ilə mübarizə zamanı olduğu kimi bu istiqamətdə də tez və qətiyyətli hərəkət etməyə çağırıblar. Bu məktub ən azı 45 milyon həkim və mütəxəssisi təmsil edən 300 səhiyyə sahəsində fəaliyyət göstərən təşkilat adından dərc edilib. Onun müəllifləri qeyd edirlər ki, iqlim dəyişməsinin insan sağlamlığına təsiri artıq bütün dünyada hiss olunur.
Bu gün, istilik dalğaları, qasırğalar və daşqınlar kimi getdikcə tez-tez baş verən ekstremal hava hadisələri minlərlə insanın ölümünə səbəb olur, insanları şikəst edir, milyonlarla insanın həyatını məhv edir. Hava şəraitində baş verən dəyişikliklər qida çatışmazlığına gətirib çıxarır və malyariya da daxil olmaqla qida, su və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. İqlim dəyişməsinin insanların psixi sağlamlığına da mənfi təsir etdiyinə dair sübutlar var.
ÜST məruzəsinin müəllifləri qeyd edirlər ki, iqlim dəyişikliyi bəşəriyyətin sağlamlığı üçün ən ciddi təhlükədir, heç kəs bu təhdidlərdən sığortalanmayıb, lakin əsas qurbanlar planetin ən məzlum sakinləridir. Təkcə mədən yanacağının yandırılması nəticəsində havanın çirklənməsi dəqiqədə 13 ölümə səbəb olur.
Məruzənin müəllifləri vurğulayırlar ki, insan sağlamlığının qorunması üçün energetika, nəqliyyat, təbiətin, qida və maliyyənin mühafizəsi də daxil olmaqla, bütün sektorlarda innovativ fəaliyyətə ehtiyac var.
Məruzənin müəllifləri bitki əsaslı pəhrizə keçməklə istixana qazlarının tullantılarının azaldılmasına nail olmağa çağırırlar. Daha dayanıqlı qida sistemləri sayəsində 2050-ci ilə qədər həm ətraf mühitin çirklənməsini azaltmaq, həm də səmərəsiz qidalanma ilə əlaqədar olaraq ildə 5,1 milyona qədər ölüm halının qarşısını almaq mümkün olacaq.
ÜST əmindir ki, Paris Sazişinin müddəalarının icrası, o cümlədən havanın keyfiyyətinin, qidalanma pəhrizinin yaxşılaşdırılması və fiziki fəallığın sayəsində, ildə təxminən bir milyon insanın həyatını xilas etməyə imkan verəcək.
banner

Oxşar Xəbərlər