AZE | RUS | ENG |

“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək

“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək
Payızda buraxılacaq "iOS 13” əməliyyat sistemi "iPhone” smartfonunda "NFC” texnologiyasından istifadə imkanlarını genişləndirəcək.

AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, "NFC” çipi vasitəsilə təkcə "Apple Pay” funksiyası ilə ödəniş etmək deyil, eyni zamanda, biometrik pasport və kontaktsız "ağıllı” kart məlumatlarını oxumaq, eləcə də "RFID” nişanları (obyektlərin avtomatik identifikasiya üsulu) ilə təchiz edilən digər qurğularla işləmək mümkün olacaq.

Yaponiya hökumətinin məlumatına görə, gündoğar ölkədə "iOS 13” sisteminə vergi və sosial sığorta ödənişlərinin köçürülməsi və dövlət xidmətlərinə çıxış üçün istifadə edilən fərdi identifikasiya kartlarının (Individual Number Card) rəqəmləşdirilməsi imkanı əlavə olunacaq.

Böyük Britaniyada isə istifadəçilərin şəxsiyyət və ya sürücülük vəsiqələri "iPhone” modelində oxunacaq ki, bu da kağız daşıyıcılardan istifadəni aradan qaldıracaq. Bu imkan artıq "ReadID” skaner əlavəsinin tərtibatçıları tərəfindən sınaqdan keçirilib.

Oxuma ilə yanaşı, "iOS 13” sistemi "NFC” nişanına yeni informasiya yazmağa imkan verəcək. "NFC NDEF Tag”, "Mifare, FeliCa”, "ISO 7816” (pasportlar üçün) və "ISO 15693” standartlarının dəstəklənəcəyi bildirilir.

Sentyabr-oktyabrda təqdim ediləcək "iOS 13” əməliyyat sistemini "iPhone 7” və daha yuxarı modellərə quraşdırmaq mümkün olacaq.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976