• cümə axşamı, 25 aprel, 12:33
  • Baku Bakı 23°C

İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başlayır

03.12.22 12:15 536
İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başlayır

Bakıda iş otağında intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Məhəmməd Əkbərov sədrlik edəcək.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində intim videosu yayılan iki qadın və Fövqəladə Hallar Nazirliyi tanınıb.

Xatırladaq ki, Z. Mirzəyev bu il avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

banner

Oxşar Xəbərlər