• şənbə, 20 Aprel, 04:11
  • Baku Bakı 15°C

İnternatda döyüldüyü bildirilən şagirdin babası danışdı

22.05.14 11:39 1101
İnternatda döyüldüyü bildirilən şagirdin babası danışdı
Bakının Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı müvafiq yoxlamalar aparılır.
2006-cı il təvəllüdlü 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun babası hadisənin baş verdiyi internat məktəbinə gəlib.
Özünü uşağın babası kimi təqdim edən Cavadov Racəddin Dilən oğlu deyib ki, onlar Goranboy rayondandırlar.
Babanın sözlərinə görə, həftədə 1-2 dəfə gəlib uşağı aparıblar. Onun sözlərinə görə, uşağın özü də ona döyülmədiyini, məktəbdə yıxıldığını deyib: "Həmin gün uşaq həkimə də göstərilib. Mən də internat məktəbinə gəlmişdim. Mənə də dedi ki, yıxılıb. Videoda onun döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər uşağa təzyiq nəticəsində də ola bilər. Ola bilsin ki, uşağa təzyiq olunub. Çünki Afaq müəllimə ona çox yaxşı baxır, hər zaman qulluq edirdi. Hadisə baş verən gün mən gələndə də uşaq mənə dedi ki, onu heç kim döyməyib, yıxılıb”.
Qeyd edək ki, hazırda araşdırmalar davam edir./apa/
banner

Oxşar Xəbərlər