• cümə axşamı, 18 aprel, 19:01
  • Baku Bakı 21°C

“İnsanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır”

21.05.19 16:37 541
“İnsanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır”
"Jurnalist Fuad Abbasova qarşı edilənlər milli - etnik diskriminasiyadır, söz, ifadə və fəaliyyət azadlığının məhdudlaşdırılmasıdır. Heç bir demokratik cəmiyyətdə insanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır”.
Bu barədə Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib. O, Rusiya Federasiyası ilə Azərbaycan arasında olduqca yaxşı münasibətlərin mövcudluğuna diqqət çəkərək təssüflə vurğulayıb ki, bir sıra hallarda bu münasibətlərə xələl gətirən hadisələrin şahidi oluruq.
Millət vəkili H.Babaoğlu deyib ki, jurnalist F.Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qəbul edilən qərarhüquqi deyil, siyasi qərardır: "Belə bir qərarın nə üçün qəbul edildiyini hamı yaxşı bilir. Diasporumuzun fəal üzvü olan, jurnalist və bloqqer kimi tanınan Fuad Abbasov əslində heç də təqdim edildiyi kimi millətlərarası münasibətləri qızışdıran addımlar atmayıb, tam əksinə, ermənilər tərəfindən xüsusi qydada hazırlanmış çeçen-azərbaycan qarşıdurmasının qarşısının alınmasında ciddi işlər görüb. Bu isə əlbəttə Rusiyanın dövlət maraqlarına uyğundur. Yaxşı olar ki, məhkəmə, təxribatı hazırlayan erməni olduğu halda özünü Azərbaycanlı kimi tanıdaraq qardaş Çeçen xalqının nümayəndəsini təhqir edib azərbaycanlılarla çeçenlər arasında qarşıdurma yaratmaq istəyən ermənini deportasiya etsin, ya da hüquq çərçivəsində alternativ şəkildə cəzalandırsın”.
Deputat H.Babaoğlu qeyd edib ki, şimal qonşumuzda bəzi güc mərkəzlərinin, hətta ayrı-ayrı hallarda dövlət idarəetməsində mühüm vəzifə tutan bəzi məmurların ermənipərst mövqeyi əsla ürəkaçan deyil: "Ona görə də mütləq nəzərə alınmalıdır ki, azərbaycanlılar bu münasibətə layiq deyillər və belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə, Rusiyada da bizə qarşı münasibət elə olmalıdır. Yarnmış vəziyyətdə nə etməliyik sualına gəldikdə isə biz bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək Fuad Abbasovun yanında olamalı, ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil, bir nümunə kimi digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması üçün president kimi düşünülüb. Azərbaycanlıların özünümüdafiə haqqlarından çəkindirməyə hesablanıb. Ancaq heç kəs düşünməsin ki, Azərbaycanın belə hərəkətlərə qarşı adekvat addımlar atmaq imkanı yoxdur. Belə imkanlar var və biz yeri gəldikdə ondan mütləq istifadə etməliyik. Heç də hadisəni elə yozmaq lazım deyil ki, guya kimsə qəsdən belə addımlarla Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır. Unutmaq lazım deyil ki, münasibətlərin pozulması hər iki tərəfin maraqlarına uyğun deyil. Bu münasibətləri qarşlıqlı hörmət əsasında qorumaq lazımdır”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər