• cümə, 19 Aprel, 16:32
  • Baku Bakı 25°C

İnsanın koronavirusa yoluxmasını müəyyənləşdirən maska icad edilib

29.06.21 16:45 268
İnsanın koronavirusa yoluxmasını müəyyənləşdirən maska icad edilib
Amerikalı mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyənləşdirən qoruyucu maska icad ediblər.
AZƏRTACxəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun saytında yerləşdirilən məlumata görə, mütəxəssislər dəyişdirilə bilən kiçik ötürücü ilə təchiz olunan maskanın prototipini hazırlayıb. Ötürücü maska taxıldıqdan təxminən saat yarım sonra nəticəni təqdim edir. Onu nəticəni ətrafdakı insanların görə bilməyəcəyi şəkildə də quraşdırmaq olar.
Belə ötürücülərin bir neçə il əvvəl hazırlandığı və əvvəllər ondan Ebola və Zika viruslarının aşkarlanması üçün istifadə edildiyi bildirilir.
Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 182 milyon 209 mindən çox yoluxma və 3 milyon 945 mindən çox ölüm faktı qeydə alınıb, 166 milyon 772 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 11 milyon 490 min xəstədən 80 mininin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayına görə dünyada liderlik edir. Burada koronavirusa 34 milyon 511 min nəfər yoluxub, 619 min 595 nəfər isə həyatını itirib.
banner

Oxşar Xəbərlər