İnsan özünə və dünyaya görə məsuliyyət daşıyır
Mövcud olan bütün Qərbi Avropa cərəyanları – fəlsəfi
bünövrəsini Dekartın araşdırmalarında təsdiqini tapmış və dünyaya Kornel,
Rasin, Molyeri bəxş edən klassisizmdən
tutmuş, bəşəriyyətə Russo, Didro, Volteri bəxş etmiş maarifçi realizm, dünyaya
de Vinyi, A.Müsse, J.Sand, A.Düma, V.Hüqonu vermiş və sanki 1793-cü il fransa
inqilabı olmasaydı heç zaman ədəbi cərəyan kimi yaranmayacaq romantizm, bir
metod kimi Balzakın 87 əsərdən ibarət "Bəşəri komediya”sının müqəddiməsində
əsasını qoyduğu tənqidi realizm, O.Kontun fəlsəfi nəzəriyyəsinin zəmin
yaratdığı, E.Zolyanın "Eksperemental roman”ında əsasını qoyduğu naturalizm
demək olar ki, yalnız Fransa ilə bağlıdır.
XX əsrdə Fransa dünyaya sürrealizm, impressionizm, avanqardizm incəsənət və ədəbiyyatda yeni cərəyanlar və ən nəhayət, Fransanın görkəmli yazıçıları Sartr və Kamünün simasında öz yüksək zirvəsinə çatmış ədəbi-fəlsəfi cərəyanlardan ekzistensializmi bəxş etmişdir.
Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, "Elm çırağı” ictimai birliyinin sədri, professor Naida Məmmədxanovayla görüşdük. Bizim söhbətimiz ötən əsrin birinci yarısında yaranmış və indiyə kimi də filoloq-alimləri, ədəbiyyatşünasları, psixoloq və teoloqları narahat edən cərəyan haqqındadır.
– Naida xanım, insanın təbiətini müəyyənləşdirən azad qərar və seçimlərinin olduğu bir zamanda ekzistensializm nə qədər universaldır?
– Ekzistensializm özü-özlüyündə çox mürəkkəb fəlsəfi anlayışdır. Və əgər dərinə getsək, praktiki olaraq ordan çıxmaq mümkün deyil. Ona görə də bu ədəbi hadisə haqqında qısaca olaraq danışmaq istərdim.
Ekzistensializm fəlsəfəsi, hər şeydən əvvəl, rasionalizmə qarşı irrasional reaksiyadır. Əgər cavabları nüfuzdan salan, lakin sualları aktual olaraq qalan XX əsr haqqında danışırıqsa, görərik ki, bu sualların rasional cavabları sadəcə yoxdur. Ekzistensializm bu suallara cavab axtarmağa çalışır. Haqlı olsa da, olmasa da, hər insana, hətta çox mütaliəli və erudisiyalı şəxslərə də ekzistensializmi başa salmaq çətindir. Hər şeydən əvvəl ona görə ki, ekzistensializm müxtəlif şaxələrə ayrılır. Bunlar aşağıdakılardır: İkinci Dünya müharibəsinə qədərki və ondan sonrakı ateistik, dini ekzistensializm. Bu iki şaxə bir-birindən çox fərqlənir. Əvvəlki dövrdə sözü gedən ümidsiz tənhalar artıq müharibə zamanı xalqların və nəsillərin keçdikləri qlobal masştablı sarsıntılara rəğmən maraq doğurmurdu.
Biz, mənə yaxın olan ədəbi ekzistensializm haqqında söhbət açarkən A.Kamü, J.P.Sartr və başqalarının təməlini qoyduqları ateistik ekzistensializmə diqqət ayıracağıq. Kamü və Sartrın adını çəkdik. Eyni dövrdə yaşadığı üçün onlara birlikdə nəzər yetirilməli, birlikdə müzakirəyə cəlb edilməlidirlər. Lakin onların dünyagörüşü, fəlsəfələri açıq-aydın bir-birinə qarşı idi. Yəni, hər biri ekzistensializmi özünəməxsus qəbul edirdi.
– Sizcə, onları nə birləşdirir? Ekzistensializm dünyagörüşündə hansı aspekt daha vacibdir?
– Ölüm qorxusu, həyatın sona çatacağı hiss olmadan ekzistensializm haqqında danışmaq mümkün deyil. Çünki bəşəri mövcudluq ölümə qarşı çıxan mövcudluqdur. Bu müvəqqəti və son mövcudluqdur. Bütün insani duyğular – qorxu, qüssə, ümid – hamısı ekzistensialistlərə görə, ölümə münasibətlə müəyyənləşdirilir. Qərbi Avropa ədəbiyyatı və mədəniyyətindəki insan, sanki, öz ekzistensiyasını, öz mövcudluğunun mahiyyətini və s. məhdud situasiyada, yəni ölümə münasibətdə dərk edir. Ekzistensiyanistlərin özünü ölümə və tənhalığa münasibətdə dərk etməsi, demək olar ki, ekzistensialist dünya görüşünün əsas aspektlərindən biridir. Sonradan isə hər birimizin intellektual baza və dünyagörüşünə yaxın olan azadlıq anlayışı və onun konstantaları gəlir. Sartr və Kamüyə görə, insan özü özünü yaradır və bütün ömrü boyunca öz mahiyyətini əldə etməyə çalışır. Yəni insanın mövcudluğu seçim azadlığıdır. Bu azadlığı onun əlindən heç kim ala bilməz.
Nəticə etibarı ilə insan özünə və dünyaya görə məsuliyyət daşıyır, daha doğrusu, insan etdiyi hər bir əməli üçün, xeyir və ya şər, mənfi və ya müsbət olmasından asılı olmayaraq dünyaya özünü bəxş edir. Və buna görə də, dünya üçün cavabdehlik daşıyır. Bu, ekzistensializmdə vacib və maraqlı bir məqamdır. Ekzistensialist romanlardan bəhs edəndə biz həmişə seçim azadlığından danışırıq. Sartrın da dediyi kimi, "biz hamımız azadlığa məhkumuq və hətta heç bir şey seçmədiyimiz hallarda belə nə isə seçirik”.
Bu konsepsiya düşünən insanların ürəklərində özünə yer tapıb. Əgər XX əsri götürsək, təkcə XX əsrin ədəbi cərəyanları yox, həm də tənqidi realizm, sosialist realizmi və digərləri öz qarşılarına bəşəriyyəti dəyişmək məqsədini qoymuşdular, lakin onlardan heç biri özünü dəyişmək barəsində düşünmürdü. Ekzistensializmdə isə elə məhz bizim məhrəm azadlığımız hər şeydən öncə özümüzdən, dünya üçün etdiyimiz əməlləzimizdən – xeyir və ya şər gətirməyimizə görə daşıdığımız cavabdehlikdən başlayır.
Ekzistensialistlər insanların əməllərini zahiri səbəblərlə əsaslandırmır. Bu çox vacib bir məsələdir. Onların yaradıcılığına burdan nəzər yetirmək lazımdır, daha doğrusu, insanın dünya üçün daşıdığı cavabdehliyindən. O, azadlığa, hər şeydən əvvəl seçim azadlığına məhkumdur. Bu sahədə ekzistensializmin ən parlaq nümayəndələri Sartr və Kamü yaradıcı konsepsiyalarını və fəlsəfi dünyagörüşlərini sərgiləyib. Kamünün absurd, intihar düşüncələri, Sartrın isə "Ekzistensializm humanizmdir” essesi özü özlüyündə çox maraqlıdır. Onlar barəsində diskussiyalar aparmaq, fikir söyləmək və bunlardan estetik zövq almaq olar.
Başqa bir tərəf ondan ibarətdir ki, Kamü və Sartr absurdu qəbul edir və bu barədə çoxlu mühakimələr aparırlar. Məsələn, Kamü üçün absurd iki prinsipin birləşməsidir. Birinci insanın daxili qarşıdurması, ikinci insanın zahiri dünya ilə qarşıdurması. Sartr üçün məsələ insanın dünyaya gəlişində və ölümündədir. Yəni ki, bütün bunların daxilindədir. Ona görə də, absurdun qəbul edilməsi bəşəriyyətin İlahi qanunları ilə bir araya gələ bilməz.
Amma əxlaq maddi məvhumdur, ruh isə qeyri-maddidir. Hətta onlar yanaşı durduqları zaman əxlaq məhdud, ruh isə sərhədsizdir. Məhz buna görə, ekzistensialistlər Allahı qəbul etməsələr belə, insan dərkinin bu radiusunda yer alırlar. Lakin, daha məhdud bir formada. Ölümün dərk edilməsində isə maddi və mənəvi dəyərlər ayrı-ayrı qütblərdə yerləşirlər. Bu baxımdan, Sartr və Kamünun maddi düşüncələri rassionaldır və buna görə də, onların fəlsəfəsində həyəcan, narahatlıq və absurdluq çoxdur. Ruh olmayan yerdə hər zaman həyatın qısalması, hər kəsin ölüm növbəsində dayanması, ömrün günü-gündən qısalması və burada hər şeyin mənasının itməsinə doğru aparan gərginlik hökm sürür.
Ruh aləmində isə ölüm başqa cür qəbul olunur. Dərin ruha malik insan başa düşür ki, dəyişən yalnız həyatın formasıdır, o, anlayır ki, daxili dəyərlər həmişə onunla qalacaq və ölüm bu dəyərləri onun əlindən ala bilməyəcək. Ölüm insanın zahirini məhv edəcək, və o, yüksək mənəviyyatlı ruha sahib deyilsə, ölüm hər şeyi onun əlindən alacaq və bu qorxu hissi daima onu təqib edəcək. Fərq yalnız bundadır. Buna görə də, ekzistensialistlərin düşüncələri nə qədər dərin və cəlbedici olsa belə, öz maddiliyi ilə məhduddur və eyni zamanda onların maddi zəkası da məhduddur. Ekzistensialistlər, xüsusilə də, ədəbiyyatda yer almış ateist ekzistensialistlər materiyadan kənara çıxmırlar.
Amma bu barədə biz gələn dəfə danışarıq.
Söhbətəşdi: Afət İslam
Rus dilindən tərcümə edən: Xanım Aydın
XX əsrdə Fransa dünyaya sürrealizm, impressionizm, avanqardizm incəsənət və ədəbiyyatda yeni cərəyanlar və ən nəhayət, Fransanın görkəmli yazıçıları Sartr və Kamünün simasında öz yüksək zirvəsinə çatmış ədəbi-fəlsəfi cərəyanlardan ekzistensializmi bəxş etmişdir.
Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri, "Elm çırağı” ictimai birliyinin sədri, professor Naida Məmmədxanovayla görüşdük. Bizim söhbətimiz ötən əsrin birinci yarısında yaranmış və indiyə kimi də filoloq-alimləri, ədəbiyyatşünasları, psixoloq və teoloqları narahat edən cərəyan haqqındadır.
– Naida xanım, insanın təbiətini müəyyənləşdirən azad qərar və seçimlərinin olduğu bir zamanda ekzistensializm nə qədər universaldır?
– Ekzistensializm özü-özlüyündə çox mürəkkəb fəlsəfi anlayışdır. Və əgər dərinə getsək, praktiki olaraq ordan çıxmaq mümkün deyil. Ona görə də bu ədəbi hadisə haqqında qısaca olaraq danışmaq istərdim.
Ekzistensializm fəlsəfəsi, hər şeydən əvvəl, rasionalizmə qarşı irrasional reaksiyadır. Əgər cavabları nüfuzdan salan, lakin sualları aktual olaraq qalan XX əsr haqqında danışırıqsa, görərik ki, bu sualların rasional cavabları sadəcə yoxdur. Ekzistensializm bu suallara cavab axtarmağa çalışır. Haqlı olsa da, olmasa da, hər insana, hətta çox mütaliəli və erudisiyalı şəxslərə də ekzistensializmi başa salmaq çətindir. Hər şeydən əvvəl ona görə ki, ekzistensializm müxtəlif şaxələrə ayrılır. Bunlar aşağıdakılardır: İkinci Dünya müharibəsinə qədərki və ondan sonrakı ateistik, dini ekzistensializm. Bu iki şaxə bir-birindən çox fərqlənir. Əvvəlki dövrdə sözü gedən ümidsiz tənhalar artıq müharibə zamanı xalqların və nəsillərin keçdikləri qlobal masştablı sarsıntılara rəğmən maraq doğurmurdu.
Biz, mənə yaxın olan ədəbi ekzistensializm haqqında söhbət açarkən A.Kamü, J.P.Sartr və başqalarının təməlini qoyduqları ateistik ekzistensializmə diqqət ayıracağıq. Kamü və Sartrın adını çəkdik. Eyni dövrdə yaşadığı üçün onlara birlikdə nəzər yetirilməli, birlikdə müzakirəyə cəlb edilməlidirlər. Lakin onların dünyagörüşü, fəlsəfələri açıq-aydın bir-birinə qarşı idi. Yəni, hər biri ekzistensializmi özünəməxsus qəbul edirdi.
– Sizcə, onları nə birləşdirir? Ekzistensializm dünyagörüşündə hansı aspekt daha vacibdir?
– Ölüm qorxusu, həyatın sona çatacağı hiss olmadan ekzistensializm haqqında danışmaq mümkün deyil. Çünki bəşəri mövcudluq ölümə qarşı çıxan mövcudluqdur. Bu müvəqqəti və son mövcudluqdur. Bütün insani duyğular – qorxu, qüssə, ümid – hamısı ekzistensialistlərə görə, ölümə münasibətlə müəyyənləşdirilir. Qərbi Avropa ədəbiyyatı və mədəniyyətindəki insan, sanki, öz ekzistensiyasını, öz mövcudluğunun mahiyyətini və s. məhdud situasiyada, yəni ölümə münasibətdə dərk edir. Ekzistensiyanistlərin özünü ölümə və tənhalığa münasibətdə dərk etməsi, demək olar ki, ekzistensialist dünya görüşünün əsas aspektlərindən biridir. Sonradan isə hər birimizin intellektual baza və dünyagörüşünə yaxın olan azadlıq anlayışı və onun konstantaları gəlir. Sartr və Kamüyə görə, insan özü özünü yaradır və bütün ömrü boyunca öz mahiyyətini əldə etməyə çalışır. Yəni insanın mövcudluğu seçim azadlığıdır. Bu azadlığı onun əlindən heç kim ala bilməz.
Nəticə etibarı ilə insan özünə və dünyaya görə məsuliyyət daşıyır, daha doğrusu, insan etdiyi hər bir əməli üçün, xeyir və ya şər, mənfi və ya müsbət olmasından asılı olmayaraq dünyaya özünü bəxş edir. Və buna görə də, dünya üçün cavabdehlik daşıyır. Bu, ekzistensializmdə vacib və maraqlı bir məqamdır. Ekzistensialist romanlardan bəhs edəndə biz həmişə seçim azadlığından danışırıq. Sartrın da dediyi kimi, "biz hamımız azadlığa məhkumuq və hətta heç bir şey seçmədiyimiz hallarda belə nə isə seçirik”.
Bu konsepsiya düşünən insanların ürəklərində özünə yer tapıb. Əgər XX əsri götürsək, təkcə XX əsrin ədəbi cərəyanları yox, həm də tənqidi realizm, sosialist realizmi və digərləri öz qarşılarına bəşəriyyəti dəyişmək məqsədini qoymuşdular, lakin onlardan heç biri özünü dəyişmək barəsində düşünmürdü. Ekzistensializmdə isə elə məhz bizim məhrəm azadlığımız hər şeydən öncə özümüzdən, dünya üçün etdiyimiz əməlləzimizdən – xeyir və ya şər gətirməyimizə görə daşıdığımız cavabdehlikdən başlayır.
– Belə çıxır ki, azadlıq insan həyatında xüsusi yer
tutur və ekzistensialistlər tərəfindən insan öz mahiyyətinə varanda saysız
imkanların içində şəxsi seçimini də müəyyənləşdirə bilir, elə deyilmi?
– Düzdür,
çünki insan bütün ömrü boyu atdığı hər bir addıma, dediyi hər bir sözə görə
məsuliyyət daşıyır. Amma buna baxmayaraq,
öz səhvlərini şərait və vəziyyətlə əsaslandıra, izah edə bilmir. Balzakın etdiyi kimi. Balzak qəhrəmanlarına bəraət
qazandırmaq üçün deyirdi: "Mükəmməl olmayan insan yox, dünyadır”. Belə şey ola
bilməz. Və özünü ekzistensialist hesab edən hər bir insan özü özünü yaradır, o
özünü yaradan layihədir, o özünü daima yaratmaqla məşğuldur. Bu ekzistensializmin əsas
ideyalarından biridir və çox gözəldir. Başqa şeylərə görə mübahisə etmək olar,
amma ekzistensializmdə dərk etmək istədiyimiz
azadlıq anlayışı çox dəqiq ifadə edilib. Ekzistensialistlər insanların əməllərini zahiri səbəblərlə əsaslandırmır. Bu çox vacib bir məsələdir. Onların yaradıcılığına burdan nəzər yetirmək lazımdır, daha doğrusu, insanın dünya üçün daşıdığı cavabdehliyindən. O, azadlığa, hər şeydən əvvəl seçim azadlığına məhkumdur. Bu sahədə ekzistensializmin ən parlaq nümayəndələri Sartr və Kamü yaradıcı konsepsiyalarını və fəlsəfi dünyagörüşlərini sərgiləyib. Kamünün absurd, intihar düşüncələri, Sartrın isə "Ekzistensializm humanizmdir” essesi özü özlüyündə çox maraqlıdır. Onlar barəsində diskussiyalar aparmaq, fikir söyləmək və bunlardan estetik zövq almaq olar.
– Naida xanım, ekzistensialistlər Tanrıya inanırdılar?
– Əgər biz
ekzistensianal ədəbiyyata nəzər yetiririksə, əlbəttə ki, ateistik
ekzistensializmi də gözdən keçiririk. Çünki Sartr və Kamü Tanrıya inanmırdılar. Sartr açıq-aydın
ekzistensializmin ateizm olduğunu deyirdi. Amma biz Tanrının
yoxluğunu sübuta yetirməklə bağlı fikirlərlə özümüzü yormuruq. Biz ancaq
bunu deyirik ki, əgər Tanrı olsaydı yenə də heç
nə dəyişməyəcəkdi. Yəni, insan özünü tapmalı və onu özündən heç nəyin, hətta Tanrının mövcudluğunun sübutu belə xilas edə bilməyəcəyinə əmin olmalıdır. Çünki
ekzistensialist roman qəhrəmanları günah işləsələr də, onu Tanrı qarşısında deyil, öz varlıqlarının qarşısında
edirdilər. Kamü yazırdı ki, kilsələr bizə qarşıdırlar, biz bunu anlayırıq, amma
bizim qəlbimiz üçün əbədiyyət əlçatmazdır. Yəni bütün bunlara kənardan – dini
postulat və doqmalarla yox, daxildən
çatmaq lazımdır. Bu məsələnin bir tərəfidir.Başqa bir tərəf ondan ibarətdir ki, Kamü və Sartr absurdu qəbul edir və bu barədə çoxlu mühakimələr aparırlar. Məsələn, Kamü üçün absurd iki prinsipin birləşməsidir. Birinci insanın daxili qarşıdurması, ikinci insanın zahiri dünya ilə qarşıdurması. Sartr üçün məsələ insanın dünyaya gəlişində və ölümündədir. Yəni ki, bütün bunların daxilindədir. Ona görə də, absurdun qəbul edilməsi bəşəriyyətin İlahi qanunları ilə bir araya gələ bilməz.
– Absurd şüurlu insanın metafizik halı olanda,
əlbəttə ki, Tanrıya doğru
aparmır, absurd həqq-təalaya doğru apara bilməz!
– Kamü
yazırdı ki, Tanrı ədalətsiz, məntiqsiz,
ağlasığmazdır, lakin intellekt ürəyin
odlu tələblərini söndürə bilməz. Bir halda ki, heç nə sübuta yetirilməyib,
deməli, hər nə gəldi sübuta yetirmək olar. Onlar qəti ateist idilər və özlərini
belə bilirdilər. Kamü deyirdi ki, insan ağlının nəhəngliyi və üstünlüyü ona Tanrıyla bərabər olduğunu
hiss etdirir. Əlbəttə, onların dünya görüşüylə razılaşa
da bilərik, razılaşmaya da bilərik. Lakin çox
maraqlıdır ki, onların bütün dünyaya görə daşıdıqları cavabdehliklə
bağlı ideyaları bizim Qurandakı mətnlərlə, ruhaniliklə üst-üstə düşür. – Həqiqətən də, "Allah-təala hər birimizi
toplayacaq və qayıdış ancaq onadır!”
– Quranın 42-ci surəsinin
30-cu ayəsində yazılıb: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə
qazandığınız günahların – etdiyiniz əməllərin ucbatındandır!" Yəni ki, Sartr və Kamünün danışdıqları ədəb, əxlaqla
ruh bir sırada dayanıb. Amma əxlaq maddi məvhumdur, ruh isə qeyri-maddidir. Hətta onlar yanaşı durduqları zaman əxlaq məhdud, ruh isə sərhədsizdir. Məhz buna görə, ekzistensialistlər Allahı qəbul etməsələr belə, insan dərkinin bu radiusunda yer alırlar. Lakin, daha məhdud bir formada. Ölümün dərk edilməsində isə maddi və mənəvi dəyərlər ayrı-ayrı qütblərdə yerləşirlər. Bu baxımdan, Sartr və Kamünun maddi düşüncələri rassionaldır və buna görə də, onların fəlsəfəsində həyəcan, narahatlıq və absurdluq çoxdur. Ruh olmayan yerdə hər zaman həyatın qısalması, hər kəsin ölüm növbəsində dayanması, ömrün günü-gündən qısalması və burada hər şeyin mənasının itməsinə doğru aparan gərginlik hökm sürür.
Ruh aləmində isə ölüm başqa cür qəbul olunur. Dərin ruha malik insan başa düşür ki, dəyişən yalnız həyatın formasıdır, o, anlayır ki, daxili dəyərlər həmişə onunla qalacaq və ölüm bu dəyərləri onun əlindən ala bilməyəcək. Ölüm insanın zahirini məhv edəcək, və o, yüksək mənəviyyatlı ruha sahib deyilsə, ölüm hər şeyi onun əlindən alacaq və bu qorxu hissi daima onu təqib edəcək. Fərq yalnız bundadır. Buna görə də, ekzistensialistlərin düşüncələri nə qədər dərin və cəlbedici olsa belə, öz maddiliyi ilə məhduddur və eyni zamanda onların maddi zəkası da məhduddur. Ekzistensialistlər, xüsusilə də, ədəbiyyatda yer almış ateist ekzistensialistlər materiyadan kənara çıxmırlar.
– Bu cərəyanı başqa fransız yazıçılarının
prizmasından necə görürsüz?
– Sartr və Kamü vasitəsilə biz daha sonrakı
ekzistensializmə – Nobel mükafatı laureatı J.Leklezio və hamımızın sevimlisi
F.Saqana gəlib çatırıq. Onların sonrakı nəsillərə
göstərdiyi təsir, ekzistensializmin əsas postulatlarını necə qavranması,
varlığın sonu və s. haqqında söhbət açmaq maraqlı olardı. Dünyanın
ekzistensialist konsepsiyasının dərk edilməsində yeni addımı Leklezio atıb. O, insanın
yaranışı, insanla təbiətin əlaqəsi barədə çox maraqlı mühakimələr yürüdüb.
Və bu zəncirdə istənilən bəndin
qırılması nəticəsində bütün orqanizmə xələl yetirmək olar. Bu isə gələcək nəsillərə məhvedici təsir
göstərə bilər. O, bu barədə Nobel mükafatı aldığı "Səhra" romanında
düşüncələrə dalır. Amma bu barədə biz gələn dəfə danışarıq.
– Naida xanım, sizə dərin təşəkkürlərimi
bildirirəm!
Söhbətəşdi: Afət İslam
Rus dilindən tərcümə edən: Xanım Aydın