• şənbə, 27 Aprel, 00:16
  • Baku Bakı 14°C

Çinlilər dünyada ən sürətli maşın-amfibiya yaradıblar

14.10.17 21:00 2324
Çinlilər dünyada ən sürətli maşın-amfibiya yaradıblar
Şimali Çinin Sənaye Birliyi olan "Norinco Group" şirkəti dünyada ən sürətli maşın-amfibiya yaradıb. Çəkisi 5,5 ton olan nəqliyyat vasitəsi suda sürətini saatda 50 kilometrədək artıra bilir.
AZƏRTAC"vistanews.ru"ya istinadla xəbər verir ki, maşının adı hələlik gizli saxlanılan baş konstruktorun bəyanatına əsasən, nəqliyyat vasitəsini hazırlayanlar onun çəki təsirini minimuma endirməyə və hidravlik müqavimətini azaltmağa müvəffəq olublar. Bu, nəqliyyat vasitəsinə həm quruda, həm də suda yüksək sürətlə hərəkət etməyə imkan verir. Maşının bütün aparıcı və əsas texnologiyaları çinli mühəndislər tərəfindən "sıfırdan" hazırlanıb.
Hazırda bu, ən sürətli maşındır və dünyada analoqu demək olar ki yoxdur.
banner

Oxşar Xəbərlər