• çərşənbə, 24 Aprel, 00:46
  • Baku Bakı 14°C

Çinin Urumçi şəhərində partlayış: 30-dan çox ölən var

22.05.14 09:57 944
Çinin Urumçi şəhərində partlayış: 30-dan çox ölən var
Cümə axşamı səhər Çinin Sindzyan-Uyğur muxtar rayonunun inzibati mərkəzi olan Urumçi şəhərinin küçə bazarlarından birində baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 90-dan artıq insan xəsarət alıb. Bu barədə Trend Sinxua agentliyinə istinadən xəbər yayır.
Bu gün səhər iki avtomobil şəhərdə Jenmin parkının yanındakı bazarda camaatın arasına girib. Bundan sonra naməlum şəxslər avtomaşınlardan insanlara partlayıcı vasitələr atmağa başlayıblar, avtomobillərdən biri partlayıb.
banner

Oxşar Xəbərlər