AZE | RUS | ENG |

Çingiz Mustafayev “Nur-Sultan Music Awards-2019” festivalının mükafatını qazanıb

Çingiz Mustafayev “Nur-Sultan Music Awards-2019” festivalının mükafatını qazanıb
Qazaxıstanın paytaxtı Nur-Sultanda "Music Awards-2019” üçüncü beynəlxalq musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Fransa, Gürcüstan, İtaliya və Özbəkistanı təmsil edən musiqi sənətinin ən parlaq simaları toplayıb.
Azərbaycanı bu festivalda təmsil edən gənc müğənni və bəstəkar Çingiz Mustafayev "Eurovision-2019” mahnı yarışmasında ifa etdiyi "Truth” (Doğru) mahnısını səsləndirib. Həmyerlimiz "Nur-Sultan Music Awards-2019” festivalının mükafatına layıq görülüb.
İştirakçı ölkələrin estrada ulduzları səhnədə populyar hit mahnıları ilə tamaşaçıları sevindiriblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287