• cümə axşamı, 28 mart, 20:12
  • Baku Bakı 13°C

Çingiz Mustafayev “Nur-Sultan Music Awards-2019” festivalının mükafatını qazanıb

22.08.19 21:15 7267
Çingiz Mustafayev “Nur-Sultan Music Awards-2019” festivalının mükafatını qazanıb
Qazaxıstanın paytaxtı Nur-Sultanda "Music Awards-2019” üçüncü beynəlxalq musiqi festivalı keçirilib.
AZƏRTACxəbər verir ki, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Fransa, Gürcüstan, İtaliya və Özbəkistanı təmsil edən musiqi sənətinin ən parlaq simaları toplayıb.
Azərbaycanı bu festivalda təmsil edən gənc müğənni və bəstəkar Çingiz Mustafayev "Eurovision-2019” mahnı yarışmasında ifa etdiyi "Truth” (Doğru) mahnısını səsləndirib. Həmyerlimiz "Nur-Sultan Music Awards-2019” festivalının mükafatına layıq görülüb.
İştirakçı ölkələrin estrada ulduzları səhnədə populyar hit mahnıları ilə tamaşaçıları sevindiriblər.
banner

Oxşar Xəbərlər