İngiltərədə qaz vurub, qazan dolduranlar
İngiltərə
Premyer Liqasında ən çox məvacib alan futbolçuların siyahısı yayılıb.
Kaspi.az xəbər
verir ki, siyahını Spotrac.com saytı əldə
edib. Maraqlıdır ki, ən çox məvacib alan 10 futbolçu arasında "Liverpul”un
oyunçusu yoxdur.
Premyer Liqada ən
çox qazanan futbolçu "Mançester Yunayted”in qapıçısı De Heyadır. Onun illik məvacibi 19,5 milyon funtdur (23 milyon avro).
"Mançester
Siti”nin futbolçusu Kevin de Bröyne ikinci yerdədir – 19,8 milyon avro. Müqavilə
ilə "Mançester Yunayted”ə məxsus olan Aleksis Sançesin illik qazancı 19,4 milyon
avrodur.
Sonrakı pillələrdə
də MY-nin futbolçuları qərarlaşıb: Antoni Pol Poqba – 17,8, Marsyal – 15,4 milyon avro.
İlk "onluqa”da
Rahim Sterlinq, Harri Keyn, Harri Maquayr, Məsut Özil, Kepa Appisabalaqa da
var.