İngiltərə klubu Ben Ladenin ailəsindən pul alıb?
Bu mövsüm
Premyer Liqaya yüksələn "Şeffild Yunayted”ə qarşı ciddi ittiham irəli sürülüb.
Kaspi.az xəbər
verir ki, "Şeffild Yunayted”in terrorçu Ben Ladenin ailə üzvlərində n pul
aldığı barədə məlumat yayılıb. Bu barədə məlumat London məhkəməsində
"Şeffild”in sahibi Kevin Makkeyblə şahzadə Abdulla arasında gedən məhkəmə çəkişməsi
zamanı səslənib.
Məhkəmə dinləməsində
"Şeffild Yunayted”in 207-ci ildə Ben Ladenin ailəsindən 3 milyon funt sterlinq
kredit aldığı bildirilib. Şahzadənin vəkili deyib ki, Makkeyb vəsaitin hansı mənbədən
alındığı barədə məlumatlı olub.
Amma klub sahibi
bu ittihamları qəbul etmir.