• cümə axşamı, 25 aprel, 11:04
  • Baku Bakı 14°C

İngilisləri təhqir etdilər, oyun dayandırıldı

15.10.19 11:21 508
İngilisləri təhqir etdilər, oyun dayandırıldı
Avropa çempionatının seçmə mərhələsində keçirilən Bolqarıstan – İngiltərə qarşılaşmasında insident yaşanıb.
Kaspi.az xəbər verir ki, bolqar azarkeşlər ingilis futbolçuları irqçi təhqirə məruz qoyublar. Əsas hədəf isə, Sterlinq, Reşford və Minqs olub. Top bu futbolçularda olanda fanatlar "ey, meymun” qışqırıblar.
İngiltərə yığmasının kapitanı Keyn hakimə müraciət etdikdən sonra qarşılaşma dayandırılıb. Diktor xəbərdarlıq edib ki, əgər irqçi təhqirlər davam etsə, oyun ləğv ediləcək. Bolqarıstan yığmasının kapitanı İvelin Popov da azarkeşlərə müraciət edib.
Qarşılaşma Bolqarıstanın məğlubiyyəti ilə yekunlaşıb 0:6.
banner

Oxşar Xəbərlər