• cümə, 29 Mart, 19:29
  • Baku Bakı 14°C

İnformasiya müharibəsində əsas hədəflərimizdən biri

06.05.21 20:45 913
İnformasiya müharibəsində əsas hədəflərimizdən biri
Ermənistanın 30 il davam edən işğal və təcavüz siyasətinə son qoyduğumuz 44 günlük müharibədəki Qələbəmizlə bölgədə yeni bir reallıq, sülh və əməkdaşlıq perspektivi yaratsaq da, informasiya savaşı hər ötən gün şiddətlənməkdədir. Vətən müharibəsində olduğu kimi, heç şübhəsiz, informasiya cəbhəsində də üstünlük bizim tərəfimizdədir. Lakin bu üstünlüyün qorunması üçün real tarixi-siyasi faktlara əsaslanan həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq saxta əks-təbliğat proseslərini fiaskoya uğratmaq istiqamətində fəaliyyətin davamlılığı və səylərin gücləndirilməsi vacibdir.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
B.Məhərrəmov qeyd edib ki, Azərbaycan artıq münaqişəyə son qoyub, Ermənistanı da işğala son qoymağa vadar edib. Bu gün biz kommunikasiya xətlərinin açılması fonunda əməkdaşlıq və dinc qonşuluq münasibətlərinin bərpası niyyətimizi ortaya qoymuşuq və heç şübhəsiz, buna nail olacağıq. Lakin xəstə təfəkkür, zəhərlənmiş zehniyyət erməni cəmiyyətinə imkan vermir ki, prosesin intensivləşməsinə töhfə versin. Əksinə, Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara və bütün türklərə qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin nəticəsi olaraq bu ölkədə hələ də revanş iddiaları, işğalçı və təcavüzkar milli mahiyyət aydın şəkildə sezilməkdədir. Bu mənada, dünya ictimaiyyətinin həqiqətləri bilməsi informasiya müharibəsində əsas hədəflərimizdən biri olmalıdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair” hesabatını yüksək dəyərləndirən deputat onun bu istiqamətdə vacib addım hesab etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, yalnız müasir dövrlə kifayətlənməyərək, Ermənistanın etnik azərbaycanlılara qarşı ayrı-seçkiliyə əsaslanan siyasətinə tarixi baxış, bu nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər, işğal dövründə bu nifrətə əsaslanan vandalizm, mediada cinayətə çağırışlarla zəngin olan anti-Azərbaycan təbliğatı kimi məqamları ayrıca təhlil edib, konkret faktlarla zənginləşdirmək bu hesabatın dəyərinə dəyər qatır.
"Hesabatı hazırlamaq hələ prosesin başlanğıcıdır. Bu hesabatın başda insan hüquq müdafiə təsisatları olmaqla, aidiyyəti beynəlxalq qurumlara, diplomatik korpusa çatdırılması, sənəddən xüsusilə diqqət çəkən və auditoriyaya təsir edə biləcək maraqlı faktları qısa formada ənənəvi və sosial media resurslarında yayılmasına nail olmaq lazımdır. Hesab edirəm ki, bu işdə siyasi partiyalar, təhsil müəssisələri, diaspor fəalları, habelə könüllülərin güc və imkanlarından yararlanmaq vacibdir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.
banner

Oxşar Xəbərlər