AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İndoneziyada vulkan püskürməsi nəticəsində 13 nəfər həlak olub

İndoneziyada vulkan püskürməsi nəticəsində 13 nəfər həlak olub

Təfsilat
05 Dekabr 2021, 11:40 98

İndoneziyanın Yava adasının şərqində Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb,
"Report" xəbər verir ki, bu barədə Lumajanc dairəsi rəhbərinin müavini İnda Ampervati "Detik" portalına bildirib.
"Bu gün daha 12 nəfərin meyiti tapılıb”, - deyə məmur bildirib. Qeyd edək ki, daha bir yerli sakinin ölümü şənbə günü təsdiqlənib. "Xilasedicilər axtarış işlərini davam etdirirlər”, - deyə müavin bildirib.
Bundan əvvəl onlarla insan lavadan aldığı yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Aidiyyəti qurumların nümayəndələri vulkana bitişik ərazilərin əhalisini təxliyə edib.
Vulkan atmosferə böyük miqdarda kül buraxıb.