• cümə axşamı, 25 aprel, 09:38
  • Baku Bakı 14°C

İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb

12.07.20 18:30 583
İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb
İyulun 12-nə olan məlumata görə, İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötüb.
AZƏRTACxəbər verir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində İndoneziyada 1681 koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 75 min 699 nəfər olub.
Bu virus nəticəsində yaranan sətəlcəmdən həyatını itirənlərin sayı da 71 nəfər artaraq 3606 nəfərə çatıb. Epidemiyadan sağalanların sayı isə 35 min 638 nəfərdir.
Yerli mətbuatın yaydığı son məlumatlara görə, virusun yayıldığı məkanlardan biri Qərbi Yava əyalətində yerləşən hərbi akademiya olduğu bildirilir. Burada 1300-dən çox kursantın virusa yoluxduğu qeyd edilir.
banner

Oxşar Xəbərlər