• cümə, 29 Mart, 06:23
  • Baku Bakı 5°C

İndoneziyada güclü daşqınlar nəticəsində 26 nəfər həlak olub

24.01.19 11:00 327
İndoneziyada güclü daşqınlar nəticəsində 26 nəfər həlak olub
İndoneziyanın Sulavesi adasında baş vermiş güclü daşqınlar nəticəsində azı 26 nəfər həlak olub, 24-ü isə itkin düşüb.
AZƏRTACDetik portalına istinadla xəbər verir ki, bu barədə yanvarın 24-də Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin Cənubi Sulavesi əyaləti üzrə rəhbəri Syamsibar məlumat verib.
Məmurun bildirdiyinə görə, təbii fəlakət nəticəsində 3900-dən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Artıq bir neçə sutkadır ki, davam edən leysan yağışları əyalətin paytaxtı Makasara şəhərindən 30 kilometr məsafədə yerləşən Bili-Bili bəndində suyun daşmasına səbəb olub.
banner

Oxşar Xəbərlər