• cümə, 19 Aprel, 04:03
  • Baku Bakı 18°C

İndiyə qədər 10 mindən çox Azərbaycan vətəndaşı ölkəmizə təxliyə edilib

29.03.20 13:36 811
İndiyə qədər 10 mindən çox Azərbaycan vətəndaşı ölkəmizə təxliyə edilib
"Bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır".
Bu barədə Prezident İlham Əliyevmartın 28-də Bakıda "Yeni klinika”nın açılışından sonratibb müəssisəsininkollektivi ilə görüşdə bildirib.
Dövlət başçısı fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığını bildirib: "Onların arasında ölkəmizin ən böyük oteli olan "Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. "Qafqaz”, "Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik".
Alpər TURAN
banner

Oxşar Xəbərlər