• şənbə, 20 Aprel, 11:18
  • Baku Bakı 14°C

“İndi o da güvəniləsi futbolçu deyil”

22.06.20 14:30 764
“İndi o da güvəniləsi futbolçu deyil”
"Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevil David de Xeanın oyunu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Nevill De Xeanın hazırda etibarlı qapıçı olmadığını bildirib. O vurğulayıb ki, qapıçı DÇ-2018-dən sonra inamını itirib:
"O, yeganə futbolçu idi ki, son 4 ildə "Mançester Yunayted” ona etibar edə bilərdi. Ancaq indi o da güvəniləsi futbolçu deyil.
Əgər sən 6 ay ərzində formada olmursansa, bu, siqnalıdır. Yox, bu tendensiya 1 il ərzində davam edirsə, onda bu, narahatlıqdır.
De Xea son zamanlar xeyli səhvlər edir. Əvvəllər belə səhvlər olmurdu. İspan azarkeşlərin münasibəti ona təsir etdi. İspan fanatlar onu hətta fitə də basdılar.
DÇ-2018-dən sonra onda özünəinam hissi itdi. O vaxtdan bəri həmin De Xeanı görmürük”.
banner

Oxşar Xəbərlər