• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb

27.02.20 10:08 598
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,4 mini ötüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yoluxanlardan 2744 nəfər ölüb, 32,4 mindən artıq insan isə virusdan sağalıb. Daha əvvəl 2715 nəfərin öldüyü, 29,7 min nəfərin isə sağaldığı bildirilirdi.
Bildirilir ki, yoluxma halları ən çox Hubey əyalətində qeydə alınır (65,5 minə yaxın yoluxma halı, onlardan 2,6 min ölüb, 23,2 mini sağalıb). Hubeydən sonra yoluxma halları daha çox Quandun (1,3 min), Henan (1,2 mindən artıq) və Çjetsyan (1,2 mindən artıq) əyalətlərində qeydə alınıb.
Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 8,3 mininin vəziyyəti ağırdır.
banner

Oxşar Xəbərlər