• cümə axşamı, 25 aprel, 08:31
  • Baku Bakı 14°C

Çində partlayış və yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb

25.03.19 14:44 435
Çində partlayış və yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb
Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb.
AZƏRTAC xəbər verir ki, texnogen fəlakət nəticəsində yaralananlardan 604-ü hələ də xəstəxanalarda həkim nəzarətindədir. Onlardan 19-nun vəziyyəti kritik olaraq qalır. Mütəxəssislər mümkün qaz sızması ilə bağlı ərazidə araşdırmalar aparırlar. Hadisə ilə əlaqədar ətrafdakı məktəblərdə təxirə salınan dərslər martın 25-dən bərpa olunub.
Çin Dövlət Şurasının (Nazirlər Kabineti) qərarı ilə ölkədə kimya sənayesi müəssisələrində yoxalamalara başlanılıb.
Qeyd edək ki, martın 21-də Yançen şəhərində zavodda baş verən partlayışdan sonra yaranan yanğın ətrafdakı 16 müəssisəyə keçərək ciddi zərərə səbəb olub.
banner

Oxşar Xəbərlər