• cümə, 29 Mart, 15:38
  • Baku Bakı 14°C

Çində COVİD-19 koronavirusuna daha 20 nəfər yoluxub

15.03.20 12:00 877
Çində COVİD-19 koronavirusuna daha 20 nəfər yoluxub
Çində yeni növ koronavirus qurbanlarının sayı ötən gün ərzində 10, yoluxanların sayı isə 20 nəfər olub, 1370 nəfər müalicə olunaraq xəstəxanalardan buraxılıb.
Trend-in məlumatına görə, bu barədə ÇXR-in səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib,
Onun sözlərinə görə, Çində yoluxanların ümumi sayı 80844 nəfərə çatıb, 66911 nəfər sağalıb, 3199 nəfər dünyasını dəyişib.

2019-cu ilin sonunda Mərkəzi Çində ortaya çıxan yeni koronavirusun törətdiyi xəstəlik 120-dən çox ölkəyə yayılıb və ÜST tərəfindən pandemiya kimi tanınıb. ÜST-nin məlumatına görə, bu virusa bütün dünyada 142 mindən çox insan yoluxub, təxminən 5,4 min nəfər ölüb.
banner

Oxşar Xəbərlər