• cümə axşamı, 25 aprel, 11:03
  • Baku Bakı 14°C

Çində avtomobil istehsalı və satışında artım davam edir

14.10.17 09:10 1181
Çində avtomobil istehsalı və satışında artım davam edir
Dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışında müşahidə olunan artım sentyabrda da davam edib.
AZƏRTACÇin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, ötən ay Çində 2,71 milyon avtomobil satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Satış ilə bərabər avtomobil istehsalında da artım davam edir. Belə ki, yanvar-sentyabr aylarında ölkədə istehsal 4,8 faiz artaraq 20,35 milyona, satış isə 4,5 faiz artaraq 20,23 milyona çatıb. Ən böyük artım isə (37,7 faiz) elektrik avtomobillərinin satışında qeydə alınıb.
Qeyd edək ki, Çin 2010-cu ildən bəri dünyanın ən böyük avtomobil bazarı hesab olunur. Demək olar ki, Çində bütün tanınmış avtomobil istehsalçılarının, o cümlədən "Daimler-Benz”, "BMW”, "Toyota”, "General Motors”, "Volkswagen”, "Nissan” və s. zavodları fəaliyyət göstərir. Bundan başqa, Çinin özünə məxsus avtomobil bendlərinin də fəaliyyəti genişlənir. Çin brendi olan avtomobillərin daxili bazar ilə yanaşı, ixracı da çoxalır.
banner

Oxşar Xəbərlər