AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çində 4-cü Dünya İnternet Konfransı keçirilir

Çində 4-cü Dünya İnternet Konfransı keçirilir

Təfsilat
03 Dekabr 2017, 17:43 2073
Çində 4-cü Dünya İnternet Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, Çinin Vuzhen şəhərində keçirilən konfransda Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak edir.

Fuad Muradov "Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə "Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdəndir.

Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.

F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.

Öz "tvitter” səhifəsində komitə sədri bildirib ki, bu böyük və olduqca əhəmiyyətli konfransda Azərbaycan ilk dəfədir təmsil olunur. Konfransa 70 ölkədən nümayəndələr qatılıb.