AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnam Kərimov:

İnam Kərimov: "Qarabağda bu il həyata keçirilmiş pilot layihə uğurlu olub"

Cəmiyyət
03 Dekabr 2021, 15:34 161

"Azərbaycanda aqrar sektorda mühüm islahatlar həyata keçirilir və bunlar kənd təsərrüfatının ölkə iqtisadiyyatı üçün önəmini artırır”.

"Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən "UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində deyib.

"Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə bölgədə aqrar sektorun inkişafı üçün böyük imkanlar yaranıb. Qarabağ tarixən kənd təsərrüfatının inkişaf etdiyi bölgələrdən olub. İşğaldan əvvəl həmin ərazidə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük təsərrüfatları üstünlük təşkil edilib. Həmçinin bölgə heyvandarlığın inkişafına görə digər regionlardan irəlidə olub. 30 il ərzində ermənilər əraziyə böyük ziyan vurub, torpaq və su ehtiyatlarından vəhşicəsinə istifadə edib. Hazırda barbarlığın nəticələrinin aradan qaldırılması üçün yenidənqurma işləri görülür, payızlıq və yazlıq əkinlər aparılır. Bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatları köçürülüb. Layihə uğurlu olub və yüksək məhsuldarlıq əldə olunub”, - deyə o, qeyd edib.