• cümə axşamı, 02 may, 02:00
  • Baku Bakı 15°C

Çin vaksinləri COVID-19-un “delta” variantına qarşı effektivdir

28.06.21 18:45 274
Çin vaksinləri COVID-19-un “delta” variantına qarşı effektivdir
Çin istehsalı olan COVID-19 peyvəndləri yeni növ koronavirusun daha təhlükəli ştamı olan "delta”ya qarşı effektivdir.
AZƏRTACxəbər verir ki, bu sözləri Çində COVID-19 xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan bildirib.
Ekspert deyib ki, Çinin Quandun vilayətində də aşkarlanan "delta” ştamının inkubasiya dövrü daha qısa, yoluxan şəxslərin sağalma dövrü isə daha uzundur. Çinin baş epidemioloqu kütləvi immunitetin yaranması üçün ölkə əhalisini daha sürətlə peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının "Delta” ştamı artıq dünyanın 100-ə yaxın ölkəsində yayılıb. Bu ştamın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.
Çində əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası sürətlə davam edir. İndiyədək 1,16 milyard doza peyvənd vurulub. Çinin səlahiyyətli qurumları kütləvi immunitetin yaranması üçün ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli "Sinopharm” və "Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
banner

Oxşar Xəbərlər