• cümə, 29 Mart, 00:10
  • Baku Bakı 7°C

Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

24.03.19 16:19 423
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi, ölkənin valyuta ehtiyatlarının gücləndirilməsi və ödəmə balansının sabitliyini qorumaq üçün 2,1 milyard dollar həcmində kredit verir.
AZƏRTACxəbər verir ki, bu haqda Pakistan mətbuatı məlumat yayıb.
Pakistanın Maliyyə Nazirliyi isə öz növbəsində elan edib ki, kreditin verilməsi ilə bağlı bütün prosedur öhdəliklər yerinə yetirilib.
Pakistan bundan əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hər birindən təxminən bir milyard dollar həcmində kredit alıb.

banner

Oxşar Xəbərlər