AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doz vaksin göndərəcək

Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doz vaksin göndərəcək

Təfsilat
22 Sentyabr 2021, 09:00 94
Çin Prezidenti Si Cinpin digər ölkələrə ilin sonuna qədər 2 milyard doz COVID-19 peyvəndi verməyi planlaşdırdığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 76-cı sessiyasında danışıb.
O qeyd edib ki, Çin bu il inkişaf etməkdə olan ölkələrə 100 milyon doz peyvənd ayıracaq.
Bundan əvvəl Si Çinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətində Çinin respublikaya yeni növ koronavirusa qarşı lazımi həcmdə vaksin verməyə hazır olduğunu təsdiqləyib.
Şimali Koreya rəsmiləri isə Çinin ölkəyə təklif etdiyi təxminən 3 milyon doz COVID-19 peyvəndini başqa ölkəyə yönləndirilməsini istəyib.