• cümə, 19 Aprel, 02:28
  • Baku Bakı 18°C

Çin dünyada silah satışı üzrə ikincidir

27.01.20 11:15 1188
Çin dünyada silah satışı üzrə ikincidir
Çin silah istehsalı və satışına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.
Trend-in Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun (SİPRİ) xüsusi hesabatına istinadən verdiyi məlumata görə, 3-ü yerdə Rusiya gəlir.
2017-ci ildə SİPRİ-nin hesabatında, dünyanın 100 ən böyük şirkəti siyahısında ilk iyirmiliyinin 11-i Amerika, 6-sı Qərbi Avropa və 3-ü Rusiya şirkətlərinin olduqları bildirilir. Ən yüksək satış göstəriciləri Amerika əldə edib - 226,6 milyard.
Bu hesabat, 2015-2017-ci illərdə Çinin satışları haqqında ilk dəfə məlumatları alan institut mütəxəssislərinin fikrincə, Çin hərbi-sənaye sektorunun və ona üzv şirkətlərin müasir potensialının ən dolğun mənzərəsini verib. Bundan əvvəl, lazımi məlumatların olmaması səbəbindən Çin istehsalçıları ilk 100-lük siyahısına daxil edilməyib.
Çinin hərbi sənayesi əsasən 10 əsas şirkətdən və bir tədqiqat institutundan ibarətdir.
Sənayenin maliyyə həcmi haqqında göstəricilər əldə etmək üçün hesabat müəllifləri öz sektorlarında ən böyük olan yeddi şirkəti seçib: AVIC (Aviation Industry Corporation of China, təyyarə və avionikanın əsas istehsalçısı), CASIC (China Aerospace Science and Industry Corporation, raketlər və kosmik texnologiyalar) , CETC (China Electronics Technology Group Corporation, radarlar və proqram təminatı, hərbi avadanlıqlar üçün elektronika və komponentlər), NORINCO и CSGC (China North Industries Group Corporation и China South Industries Group Corporation, yerüstü avadanlıqların aparıcı istehsalçıları), CSIC и CSSC (China Shipbuilding Industry Corporation и China State Shipbuilding Corporation, gəmi inşaat şirkətləri).
Çin şirkətləri arasında ən nəhəngi, ümumi həcmi 20,1 milyard dollar təşkil edən AVIC dünya üzrə 100-lükdə altıncı yerdədir. NORINCO isə dünyada ən böyük yerüstü avadanlıq istehsalçısıdır və satış həcmi 17,2 milyard dollardır.

banner

Oxşar Xəbərlər