Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkib

Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkib

Təfsilat
16 Dekabr 2019, 09:07 97
Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkdiyini bəyan edib.
APA "voiceamerica”ya istinadən xəbər verir ki, bu barədə Çinin Gömrük Tarif Komissiyasından bildirilib.
Qeyd edilib ki, qərar dünyanın iki ən böyük iqtisadiyyatının bəzi mllara tafiflər təbiq edilməyəcəyinə dair razılığından sonra qəbul edilib.
Hər iki ölkə rəsmiləri ticarət paktının birinci fazasının yekunlaşdığını elan ediblər. Bu nəticə dövlətlərin bir-birlərinə əlavə tariflər tətbiq etməsini dayandırır.
Razılığın tərkib hissəsi olaraq Çin rəsmiləri ABŞ kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaqlarını bildirib.
ABŞ Prezidenti Donald Tramp deyib ki, təkcə kənd təsərrüfatı məhsullarının alqısı "tezliklə” 50 milyard dollara yüksələcək.
Çinin vitse-ticarət naziri Vanq Şouven isə qeyd edib ki, bu, iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün daha yaxşı şərait yaradacaq”.
Qeyd edək ki, razılıq ABŞ-ın Çin məhsullarına 160 milyard dollar həcmində yeni tariflər tətbiq etməsinə iki gün qalmış əldə olunub. Tariflər dekabrın 15-də qüvvəyə minməli idi.
Ticarət danışıqlarının ikinci fazası gələn ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində başlanacaq.