İmtahan stressini necə azaltmalı?
Qarşıdan abituriyentlər üçün əlamətdar gün olan qəbul imtahanları yaxınlaşır. Belə ki, iyulun 14-dən etibarən imtahanlara start verilir və bu həyəcan avqustun 3-dək davam edəcək. İmtahanqabağı stress, depressiyalar, yorğunluq bu dövrdə abituriyentlərin üzləşdiyi əsas problemlərdəndir.
Statistikaya görə, abituriyentlərin 96 faizi imtahan zamanı stress altında olur və bu stress hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinin qarşısını alır. İmtahan öncəsi abituriyentlərin əsasən “görəsən qəbul ola biləcəyəmmi”, “valideynlərimə nə deyəcəyəm”, “qohumlar haqqımda nə fikirləşəcək” kimi suallar ətrafında düşünməyə başlayırlar. İmtahan günləri yaxınlaşdıqca valideynlər də stress keçirməkdə övladlarından geri qalmırlar və onların gərginliyi imtahana hazırlaşan abituriyenti daha da həyəcanlandırır. Bəs bütün bu problemlərlə baş etmək üçün imtahan öncəsi abituriyentlə necə davranmaq lazımdır? Psixoloji gərginliyi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Özünə inam hissi
Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, istər təcrübəli, istərsə də təcrübəsiz abituriyentlər imtahan öncəsi stress keçirirlər. Bu həyəcan isə imtahan zamanı onlara intellekt və biliklərini tam realizə etməyə imkanı vermir: “İmtahanda yaxşı nəticələr əldə edə bilmək üçün abituriyentlərin ilk öncə özlərinə güvəni olmalıdır. Mürəkkəb situasiyalarda insanların davranışları fərqli olduğundan bəzi abituriyentlər öz səviyyələrinə uyğun nəticə göstərə bilmirlər. Belə vəziyyətlərə daha çox sinir sistemi oyaq olan şəxslərdə rast gəlinir ki, onlar imtahan öncəsi nevropatoloqla məsləhətləşməlidirlər. Çünki, nevropatoloq müxtəlif dərmanlar təyin edə bilər ki, onlar sinir sisteminin sakitləşməsini təmin etsin. Amma bu dərmanların qəbulu mütləq nevropatoloqun nəzarəti altında olmalıdır”.
Hər il imtahan öncəsi bəzi stress azaldan dərmanların reklam edilməsinə münasibət bildirən professor vurğuladı ki, ümumiyyətlə, sakitləşdirici dərmanlar həkim nəzarəti və təyinatı olmadan qəbul edilə bilməz: “Dünyanın hər yerində dərman reklamına ciddi nəzarət var. Dərman reklam olunmur dərman yalnız və yalnız həkim tərəfindən təyin olunur. Ona görə də hesab edirəm ki, bu məsələlərdə qanunvericilikdə boşluqlar olduğundan bundan sui-istifadə olunur və bütün bunlar yolverilməz haldır. Abituriyentin də həkim təyinatı olmadan dərman qəbul etməsi yolverilməzdir”.
İmtahanqabağı nə etməli?
Mütəxəssislər hesab edir ki, abituriyentlər imtahandan bir neçə gün öncə ciddi hazırlıqları dayandırmalı, imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətləri yığışdırılmalıdırlar. Abituriyent imtahandan öncəki 1-2 günü ancaq istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir. Bundan əlavə, abituriyent imtahandan öncəki axşam yatmazdan əvvəl müxtəlif sakitləşdirici otlardan çay dəmləyib içməlidir. Bunları qəbul etdikdən sonra o gecəni rahat yatmalıdırır və normal yuxu beyni sakitləşdirir. Beyin istirahət etdikdə isə imtahanda insanın toparlanması və köklənməsi asanlaşır.
Yeniyetmələrin intihar dövrü
Hər kəsə məlumdur ki, qəbul imtahanlarından sonra yaxşı nəticə göstərə bilməyən abituriyentlərin bəziləri canlarına qəsd edirlər.
Psixoloq Azad İsazadə deyir ki, abituriyentlik dövrü yeniyetmənin həyatında risk faktoru daşıyan bir dönəmdir: “Valideynlərə tövsiyəm budur ki, övladlarını təhdid etməsinlər. Çünki elə ailələr var ki, orada söhbət ali məktəbə qəbul olmaqdan deyil, baldan gedir. Valideyn övladının 500-600 deyil, 600-ü ötən bal yığmasını tələb edir. Məsələn, uşağa deyirlər ki, “600-ü keçməsən, evə gəlmə”, yaxud “universitetə qəbul olmasan, özümü öldürəcəyəm”, “qonum-qonşu yanında başımızı aşağı etmə”. Yeniyetmə də bunları ciddi qəbul edir, fikirləşir ki, onu evə qoymasalar, yaxud anası ona görə özünü öldürsə, nə olacaq və 2-3 ay vahimə içərisində yaşayır. Sonra valideynlərinin istədiyi nəticəni almayanda intihardan başqa çarə görmür”. A.İsazadənin sözlərinə görə, ümumiyyətlə, ali məktəblərə imtahan zamanı sui-qəsd üçün ən həssas dövrdür: “Bu dövrdə orta məktəbin yuxarı sinif şagirdləri iki illik bir marafonun son nöqtəsinə çatırlar. İmtahan yaxınlaşdıqca ailələrinin basqısı daha da artır və övladlarına psixoloji təzyiq etməyə başlayırlar. Ali məktəbə qəbul olmayan abituriyent isə çıxış yolunu intiharda görür”.
“Valideynlər, diqqətli olun”
Psixoloq abituriyent olan yeniyetmələrin valideynlərinə diqqətli olmağı tövsiyə etdi: “Tələbə olmaq arzusunda olan bir uşaq ciddi hazırlaşır və ətrafındakı yaxın-uzaq adamların hamısının diqqəti onda olur. Bu diqqət də yeniyetməni sıxır, narahat edir. Valideyn bu səbəbdən övladına “Bu il olmazsa, gələn il verərsən”, “Biz hər zaman sənin yanındayıq”, “Universitetə qəbul olmamaq dünyanın sonu deyil, rahat ol, girərsən girərsən, girməzsən canın sağ olsun” kimi sözlər deməklə övladlarına dəstək olmalıdırlar”.
Abituriyentin qidalanma rejimi
Mütəxəssislər imtahan hazırlıq dövründə şagirdin qidalanma rejiminə də diqqət ayırmaq lazım olduğunu bildirirlər. İngilis qidalanma mütəxəssisi Amanda Ursell sıx templi iş və məktəb dövründəki stressi azaltmaq üçün müəyyən qidalar təklif edir:
1. Zülal baxımından zəngin qırmızı ət, balıq, yumurta, toyuq, süd məhsulları, yulaf əzməsi, taxıl məhsulları, makaron, tərəvəz və meyvə, enerjinin yavaş yayılmasını təmin edərək iştahanın sürətlənməsini önləyir.
2. Qırmızı ət, yağlı balıq, fıstıq, tünd yaşıl tərəvəzlər, dəmir əskikliyindən qaynaqlanan yorğunluq hissi, diqqət əskikliyini tarazlaşdırmağa köməkçidir.
3. Stress səviyyəsi, həddindən çox kofein alışıyla da yüksələr. Gecə gec saatlarda alındığında yuxu nizamını da pozan kofeinli içkilər, nəbz və təzyiqi yüksəldərək sinir sisteminə olduqca güclü təsir edər.
4. Bədənin çox az susuz qalması belə stressə yol aça bilər. Bol su, bitki mənşəli çaylar, kafeinsiz qəhvələr və şəkərsiz yüngül içkilər təklif edilir.
5. Kalsium və maqnezium ehtiva edən qidalardan süd, ispanaq, yulaf və fıstıq əzməsi, həmçinin kartof əzələləri rahatlaşdırar, sinir sistemi və təzyiqi tarazlaşdırar.
Aygün Cəfərli