• cümə axşamı, 18 aprel, 23:31
  • Baku Bakı 21°C

İmperatorun taxta çıxması ilə əlaqədar cinayətkarlar əfv olunacaq

19.10.19 13:30 844
İmperatorun taxta çıxması ilə əlaqədar cinayətkarlar əfv olunacaq
Yaponiya hökuməti kiçik cinayət törədənlərin oktyabrın 22-də İmperator Naruhitonun taxta çıxması mərasimi ilə əlaqədar əfv olunacağını açıqlayıb. Bu, son 26 ildə İmperator ailəsində baş verən hadisə ilə əlaqədar elan edilən ilk əfv qərarı olacaq.
AZƏRTACxəbər verir ki, gələn həftə elan edilməsi nəzərdə tutulan qərar hökumətin oktyabrın 18-də keçirilən iclası zamanı qəbul olunub. Həmin qərarın, ümumilikdə, 550 min nəfəri əhatə edəcəyi gözlənilir.
Əfv barədə qərara əsasən artıq həbsdən çıxmış bu şəxslərə bəzi lisenziyaları almağa icazə veriləcək.
Hökumətdən bildiriblər ki, əfv qərarı ağır cinayət törədənlərə şamil edilməyəcək. Çünki bu, həmin cinayətin qurbanlarına və onların ailə üzvlərinə qarşı hörmətsizlik hesab edilə bilər.
Əfv qərarı yalnız kiçik cinayətlərə görə həbs edilən, artıq həbsxanadan çıxan və müəyyən dövr ərzində cinayət törətməyən şəxslərə şamil olunacaq. Bundan başqa, qeyd edilir ki, bu, həmin şəxslərin yenidən cəmiyyətə inteqrasiyasına kömək edəcək.
banner

Oxşar Xəbərlər