• çərşənbə, 24 Aprel, 14:12
  • Baku Bakı 27°C

IMF: "Qlobal iqtisadiyyat bu il 2,9 % artacaq"

31.01.23 12:00 692
IMF: "Qlobal iqtisadiyyat bu il 2,9 % artacaq"

Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə qlobal ümumi daxili məhsul (ÜDM) istehsalının 2,9 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş yanvar sayında bildirilib.

Sənədə əsasən, qlobal ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 3,1 % səviyyəsində artacağı gözlənilir.

IMF inkişaf etmiş iqtisadiyyatlarda ÜDM artımının bu il 1,2 %, gələn il 1,4 %, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarda isə müvafiq olaraq 4 % və 4,2 % olması proqnozlaşdırılır.

Bu il Yaxın Şərq və Mərkəzi Asia regionunda ÜDM istehsalının 3,2 %, 2024-cü ildə isə 3,7 % artacağı proqnozlaşdırılır.

banner

Oxşar Xəbərlər