• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

İlyas İsmayıllı: Son zamanlar Azərbaycanda skautinqə maraq xeyli artıb

12.10.17 09:10 1082
İlyas İsmayıllı: Son zamanlar Azərbaycanda skautinqə maraq xeyli artıb
Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə 5 mindən çox azərbaycanlı və xarici skaut iştirak edib. Eyni zamanda, 400-ə yaxın azərbaycanlı skautun xaricdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı təmin edilib. Ümumiyyətlə, son zamanlar Azərbaycanda skautinqə maraq xeyli artıb.
Bu barədəAZƏRTAC-a Dünya Skaut Hərəkatı Təşkilatının üzvü, Azərbaycan Skautlar Assosiasiyasının (ASA) prezidenti İlyas İsmayıllı məlumat verib.
İlyas İsmayıllı deyib ki, Azərbaycan Skautlar Assosiasiyası bu günədək gəncliyin inkişafına yönəldilmiş müxtəlif layihələr reallaşdırıb, proqramlar həyata keçirib. Xüsusilə son 5 il ərzində ölkəmizdə keçirilmiş müxtəlif forumlar, konfranslar və digər tədbirlər gənclərin sosiallaşmasını, əqli, fiziki və emosional inkişafını təmin edib. Hazırda ASA sürətlə inkişaf edir, onun yeni üzvlərinin sayı artır. Təşkilata çoxlu sayda uşaq və gənc qoşulur. Yeni üzvlər yeni təkliflərlə çıxış edirlər. Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif regionlarında da skaut qrupları yaradılıb, kəndlərdə və rayonlarda gənclər bu hərəkata qoşulurlar. Fəxr edirik ki, Azərbaycanın ucqar kəndlərində də skaut qrupları var. Skautinq onların inkişafına töhfə verir.
banner

Oxşar Xəbərlər