• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

İlqar Vəlizadə: Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

25.11.21 12:30 367
İlqar Vəlizadə: Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır
Ermənistanın baş nazir Nikol Paşinyan xalqını, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır, reallıqları öz istədiyi kimi göstərməyə cəhd edir. Paşinyan reallıqları təhrif edərək belə bir mənzərə yaratmaq istəyir ki, guya Azərbaycan Zəngəzur dəhlizini yaratmaqla Ermənistanın ərazisinə göz tikib. Bu cəfəng və yanlış fikirlər ona hesablanıb ki, beynəlxalq ictimaiyyətin bununla bağlı təəssübkeşliyini əldə etsin və Azərbaycana təzyiq göstərsin. Eyni zamanda, Nikol Paşinyan sərhəddə gedən prosesləri də yenə təhrif olunmuş formada təqdim edərək belə bir mənzərə yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistan torpaqlarını işğal edir. Hərçənd ki, məhz Ermənistan Azərbaycanın Qazax istiqamətində yeddi, Naxçıvan istiqamətində bir kəndini işğal altında saxlamaqda davam edir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
"Əslində, üçtərəfli Bəyanatda əks olunan 9-cu bənddə Zəngəzur dəhlizi ilə bağlı hər şey aydın yazılıb. Orada göstərilib ki, Azərbaycanın qərb rayonları Naxçıvan Muxtar Respublikası ilə müvafiq yollarla birləşir, rabitələr yaradılır, beləliklə, regionda bütün kommunikasiyalar açılır. Yəni, sovetlər dövründə mövcud olan bütün dəhlizlər, kommunikasiyalar, həm avtomobil, həm də dəmir yolları açılmalıdır. Nikol Paşinyan isə belə bir ifadə işlədib ki, guya hansı kommunikasiyaların açılmasını məhz Ermənistan müəyyənləşdirməlidir. Bu da cəfəng bir fikirdir. Ona görə də üçtərəfli komissiya bütün bu məsələlərə aydınlıq gətirəcək. Regional liderlərin "kommunikasiyalar açılmalıdır və regionun bütün ölkələrinə xeyir gətirməlidir” kimi ümumi yanaşması qalib gələcək”, - deyə İlqar Vəlizadə qeyd edib.
banner

Oxşar Xəbərlər