• çərşənbə, 17 Aprel, 01:33
  • Baku Bakı 14°C

“İlqar Aliyev Models Fashion Night - 2019” moda gecəsi baş tutub

21.08.19 13:56 4551
“İlqar Aliyev Models Fashion Night - 2019” moda gecəsi baş tutub
"Kaspi.az” xəbər verir ki, 3-cü ildir keçirilən gecədə şou və model dünyasının tanınmış simaları, müğənnilər, aktyorlar, fotoqraflar, rejissorlar, stilistlər, modellər və media nümayəndələri iştirak edib. Möhtəşəm gecənin aparıcılığı Şəhriyar Əbilov və Cavid Gülə həvalə olunub. İlk olaraq səhnəyə Şəhriyar Əbilov çıxaraq qonaqları salamlayıb. Daha sonra o sözü İ.Əliyevə verib. Qonaqları salamlayan model məktəbin fəaliyyətindən danışıb: "Biz məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Biz istəyirik ki, hər kəs gözəl görünsün, gözəl danışsın. Məktəbimizə qəbul başlayır. Qəbul avqust ayının sonundan etibarən aparılacaq”.
Gecədə müğənnilər Yaşar Yusub, Xəyal Rzazadə, Dilara səhnəyə çıxaraq mahnılarını ifa ediblər. DJ-lər Çina, Fanur, Gulmira öz şouları ilə qonaqlara əyləncəli anlar yaşadıblar. Gecədə diqqət çəkən məqam isə tanınmışların əsasən ağ geyimlərə üstünlük verməsi olub. Tədbirdə model məktəbinin 4 aylıq kursunu bitirən 5 yaşdan yuxarı 40-a yaxın tələbə podiuma çıxaraq öz məharətini göstərib. Sonda tələbələrə diplom təqdim olunub.





banner

Oxşar Xəbərlər