AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlon Mask bir gündə 15 mlrd. dollar itirib

İlon Mask bir gündə 15 mlrd. dollar itirib

Təfsilat
23 Fevral 2021, 15:30 736
"SpaceX” və "Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti "Tesla” səhmlərinin çökməsi səbəbindən son bir gündə 15 mlrd. ABŞ dollarından çox azalıb.
 
"APA-Economics”in "Bloomberg”ə istinadən verdiyi məlumata görə, Maskın sərvəti 15,2 mlrd. dollar azalaraq 183 mlrd. dollara enib.
 
"Amazon”un təsisçisi Cef Bezosun sərvəti isə 3,73 mlrd. dollar azalaraq 186 mlrd. dollar təşkil edib. Beləliklə, Bezos dünyanın ən zəngin adamları siyahısında birinci, Mask isə ikinci sırada yer alıb.
 
Qeyd edək ki, bazar ertəsi "Tesla”nın səhmləri 8,55% azalaraq 714,5 dollara enib. Bu, ötən ilin sentyabrından bəri ən əhəmiyyətli azalmadır. "Amazon”un səhmləri isə 2,13% azalaraq 3 180,74 dollara enib.