• şənbə, 20 Aprel, 10:37
  • Baku Bakı 14°C

Çili də DÇ-2030 üçün “üçlüy”ə qoşuldu

15.02.19 12:30 603
Çili də DÇ-2030 üçün “üçlüy”ə qoşuldu
Çili də DÇ-2030-a ev sahibliyi etmək üçün Argentina, Uruqvay və Paraqvaya qoşulub.
Kaspi.az xəbər verir ki, bu barədə Çili prezidenti Sebastyan Pinera məlumat verib. O, "tvitter”də məsələ ilə bağlı belə yazıb:
"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə təklif etdim ki, Çilini də ərizəyə əlavə etsinlər.
Təklifim qəbul edildi. KONMEBOL-la məsləhətləşmələrdən sonra qərara alındı ki, 1930-cu ildə Uruqvayda keçirilən ilk dünya çempionatının 100 illiyini məhz belə qeyd etmək lazımdır.
Uruqvay, Argentina və Paraqvay DÇ-2013-a ev sahibliyi etmək üçün ərizəni 2017-ci ildə təqdim etmişdilər. Həmin il mundialı keçirtmək istəyində olduğunu Misiri və İngiltərə də bəyan edib.
banner

Oxşar Xəbərlər