İlham verən 3 uğur hekayəsi
Fəaliyyətə
sıfırdan başlamaq üçün nə lazımdır? Uğurlu iş təklifi? Yatırım və ya yaxşı
komanda?
Bəli,
bunların hamısı həqiqətən vacibdir, lakin ən əsas qayda özünə inanmaqdır. Təsadüfi
deyil ki, bu gün məşhur olan bir çox şirkətlərin hekayəsi sıfırdan başlayıb.
Onların əlində olan ən güclü vasitə isə inam olub.
Bu dəfə
dünyanın aparıcı şirkətlərinin uğur hekayələrini topladıq.
Fred Smith – Federal Express
Fred
Smith 1965-ci ildə tələbə olarkən, Amerikada iqtisadi məqalələr yazıb. Böyük məhsulların
yük maşını və ya sərnişin təyyarəsi ilə nəql edildiyi dövrdə, Fred parlaq
biznes ideyasını ortaya qoyur və əhəmiyyətli əşyaların təyyarələrlə daşınmasının
daha sərfəli olması ilə bağlı məqalə yazır. Lakin məqaləsində şirkətin necə işləyəcəyi
ilə bağlı detalları qeyd etmir. 1971-ci ildə öz şirkətini qurur.
İlk 3 il
ərzində uğursuz nəticələr verən şirkət, 1 milyon dollar itirərək, iflas həddinə
gəlir. Şirkətin hesabında cəmi 5 min dollar pul qalır. Belə vəziyyətlə üz-üzə
qalan çox insan şirkətini bağlayıb, başqa yol seçir. Lakin Freyd inamını
itirmir. Öz evini ipotekaya qoyaraq, 5 min dolları 32 min dollara qədər yüksəldir.
Bu pul da bir neçə gün təyyarələrin yanacağını qarşılaya bilir. Bir müddət
sonra dəyərini artıran şirkət bu gün dünyanın ən məşhur qurumlarındandır. "Fedex”
220 ölkədə fəaliyyət göstərir və illik gəliri 45 milyard dollardır.
Ferrucio Lamborghini – "Lamborghini”
Ferrucio
əslində traktor istehsal edən adi kəndçi olub. İşində o qədər uğurlu idi ki, hətta İtaliyanın ən zənginləri
arasında yer alır. Maşınlara maraq göstərən Ferrucio "Ferrari”dən istifadə
edirdi. Lakin bu maşın ona tez-tez problem yaradırdı. Maşının probleminin nə
olduğunu araşdırarkən, "Ferrari”nin sisteminin traktorlarda istifadə edilən qurğu
ilə eyni olduğunu kəşf edir: "Bütün "Ferrari” maşınlarımda eyni problem
olurdu. Normal sürərkən heç nə hiss
etmirdim, amma mühərriki gücə saldıqca, klapan sistemi sürətə uyğun gəlmirdi”.
Ferrucio
mütəmadi olaraq ustaya gedir, yaxud klapan sistemini təmir edib yeniləyərkən
avtomobilindən hər dəfə saatlarla uzaq qalırdı. Problemin həll edilmədiyini
görüb, Enzo Ferrari ilə danışmağa qərar verir, hətta danışmaq uzun müddət gözləmək
məcburiyyətində də qalır.
Maşınların
problemli olduğunu deyən Ferrucio, Enzodan "traktor sürə bilərsən, amma heç
vaxt "Ferrari”ni düzgün şəkildə istifadə edə bilməyəcəksən” cavabını alır. Bu
cavabdan sonra Ferrucio qüsursuz bir maşın istehsal edir və bu "Lamborghini”dir.
Harland Devid Sanders və ya polkovnik Sanders – "Kentucky
Fried Chicken” (KFC)
Sanders
ilk dəfə 65 yaşında 99 dollarlıq sosial təminat çekini alır. Cibində pulu belə
olmadığını deyir. Həmin vaxtlar tək mal varlığı
kiçik bir ev və köhnə avtomobil olur. Yaşadığı vəziyyəti dəyişdirmək
üçün qərarlı olan yaşlı kişi, güclü bir fikirlə ortaya çıxır. Dostlarının hər
zaman təriflədiyi toyuq yeməyindən istifadə etmək qərarına gəlir.
1009-cu
rədd cavabından sonra, sonuncusu "bəli” olur. Demək olar ki, bütün dünyanın
qidalanma vərdişlərini dəyişən KFC-ni qurur.