• çərşənbə axşamı, 09 iyun, 05:06
  • Baku Bakı 22°C

İlham Mirzəyevə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama

11.04.14 13:51 1164
İlham Mirzəyevə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:
“İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”.
banner

Oxşar Xəbərlər