• cümə axşamı, 25 aprel, 03:34
  • Baku Bakı 19°C

İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

24.12.21 17:04 336
İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcəkMüstəqil Dövlətlər Birliyininqeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.
Kaspi.az” xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, QazaxıstanPrezidenti Kasımcomərt Tokayev, eləcə dəilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti ŞovkatMirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.
banner

Oxşar Xəbərlər