• çərşənbə, 24 Aprel, 12:38
  • Baku Bakı 27°C

İlham Əliyev: Ağdama binoklla baxırdım, deyirdim ki, mütləq qayıdacağıq

28.05.21 20:45 559
İlham Əliyev: Ağdama binoklla baxırdım, deyirdim ki, mütləq qayıdacağıq
Ağdama binoklla baxırdım, deyirdim ki, mütləq qayıdacağıq
Kaspi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər.
Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil”,
banner

Oxşar Xəbərlər