• cümə axşamı, 25 aprel, 03:29
  • Baku Bakı 19°C

İldə ən azı bir dəfə çekap müayinəsinin aparılması vacibdir

11.06.22 18:45 530
İldə ən azı bir dəfə çekap müayinəsinin aparılması vacibdir

Sağlamlığı qorumaq üçün mütəmadi olaraq müayinədən keçmək lazımdır. Çekap adlanan həmin proses sayəsində sağlamlıq vəziyyəti barədə ətraflı məlumat əldə etmək mümkündür. Çekap paketləri hazırlanarkən yaş, cins xəstəliklərinə aid risk faktorları nəzərə alınır. Paketlər əsasən 40 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulur. Çekap zamanı əsas məqsəd ağciyərlər, ürək, qaraciyərin diaqnostikası, kişi və qadın xəstəliklərinin erkən aşkarlanmasıdır.

Azərtac xəbər verir ki, həkim-revmatoloq İlqar Məmmədovun dediyinə görə, profilaktik müayinələr üç mərhələdə aparılır: “Çekap müayinəsi insanın heç bir subyektiv şikayətləri olmayanda və bəzən də heç bir patoloji müayinələr aşkarlanmadığı halda ildə bir dəfə mütləq aparılmalıdır. Yeni növ koronavirus (COVID-19) keçirmiş xəstələrdə təkrar radioloji müayinə zamanı ağciyərlərdə patoloji ocaqların aşkarlanmasına rast gəlinir. Bundan başqa, müasir dövrdə digər, xüsusən də revmatoloji xəstəliklər zamanı da çekap müayinəsi keçməsi xəstələrə məsləhət görülür”.

Yaşı 40-ı keçən hər kəs iki ildə bir dəfə göz müayinəsi, xərçəng yoxlanışından keçməlidir. Həkim-revmatoloqun dediyinə görə, genetikasında ağır xəstəliklər daşıyanlar isə 30 yaşdan etibarən testlər etdirməlidir: “Risk faktorları, yeyilən qida, hava şəraiti, radioaktiv şüalar və s. ildə bir dəfə şikayət olmasa da, müayinələr aparılmasını zəruri edir. Radioloji olaraq ən azı ağciyərin rentgen müayinəsi, qaraciyərin fermentoloji, qanın ümumi analizləri aparılamlıdır ki, orqanizmdə dəyişiklik olub-olmadığı müəyyən olunsun. Aparılan müayinələrə ümumi kompleks şəkildə yanaşılmalıdır”.

Çekap müayinəsi səhər vaxtı acqarına aparılır. Uyğun paket seçildikdən sonra iki-üç saat ərzində sağlamlıq haqqında ətraflı məlumat verilir.

banner

Oxşar Xəbərlər