• şənbə, 27 Aprel, 04:20
  • Baku Bakı 14°C

İl ərzində Ayın təzələnmə vaxtları açıqlanıb

21.05.14 12:26 1342
İl ərzində Ayın təzələnmə vaxtları açıqlanıb
AMEA Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, il ərzində təzə ay cədvəli tərtib edilib.
Yeni Ay 2014-cü il üçün yanvar və mart ayında 2 dəfə təzələnib. Belə ki, təzə Ay yanvarın 1-də saat 15:15, yanvarın 31-də saat 2:41-də, martın 1-də saat 12:03-də və martın 30-u saat 23:48-də yenilənib. Apreldə isə ayın 29-da saat 11:18-də yeni ay görünüb.
Bundan sonrakı aylarda yeni Ayın təzələnmə vaxtına gəlincə, qeyd olunub ki, təzə Ay mayın 28-i saat 23:43-də, iyunun 27-si saat 13:11-də, iyulun 27-si saat 3:43-də, avqustun 25-i saat 19:13-də, sentyabrın 24-ü saat 11:14-də, oktyabrın 24-ü saat 2:56-da, noyabrın 22-si saat 17:32-də, dekabrın isə isə 5:36-da yenilənəcək.
banner

Oxşar Xəbərlər