AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsi iştirakçılarının tibbi xidmətlər əldə etmələri üçün hər cür qayğı göstərilir

İkinci Qarabağ müharibəsi iştirakçılarının tibbi xidmətlər əldə etmələri üçün hər cür qayğı göstərilir

Təfsilat
18 Aprel 2021, 19:15 742
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən İkinci Qarabağ müharibəsinin iştirakçılarına və şəhid ailələri üzvlərinə xüsusi diqqət göstərilir və onlar icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər əldə etmələri üçün hər cür qayğı ilə təmin edilir.
Kaspi.az xəbər verir ki, bu fikirləri xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III "Fərqli Fərdlər” Konqresində agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva deyib. Bildirib ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində ümumilikdə 13 min 158 tibbi xidmət göstərilib. Xidmətlərin 10 min 962-si ambulator, 2 min 196-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmətlər almış 2 min 172 nəfərin 1754-ü müharibə iştirakçısı, 418-i isə şəhid ailəsi üzvü olub.