• cümə, 29 Mart, 02:14
  • Baku Bakı 7°C

İki yük maşını toqquşdu, yaralı var

02.07.14 14:02 909
İki yük maşını toqquşdu, yaralı var
Zaqatalada yol qəzası olub. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 34 yaşlı Ucar rayonu Lək kənd sakini Teymur Qurban oğlu Qəmbərov idarə etdiyi “SHACMAN” markalı ağır tonnajlı yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili əvvəlcə başqa bir “SHACMAN”–a, sonra isə yolun kənarındakı ağaca çırpıb.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi yük avtomobilində baş verən tüstülənmə ətrafdakı insanların köməyi ilə söndürülüb. Qəza nəticəsində xəsarət alan sürücü Teymur Qəmbərov Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarəti yüngül olduğundan ona lazimi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Fakla bağlı BDYP-nin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər